Parisdə zirvə sammiti

Avropa İttifaqına üzv 6 ölkənin Daxili İşlər nazirləri "İnternet Üzərində radikallaşma və kiber cihad” adlı toplantıda bir araya gəlib.

183861
Parisdə zirvə sammiti

Avropa İttifaqına üzv 6 ölkənin Daxili İşlər nazirləri "İnternet Üzərində radikallaşma və kiber cihad” adlı toplantıda bir araya gəlib.
İtaliya, İspaniya, Fransa, Almaniya, Polşa və İngiltərənin qatıldığı zirvədə, Türkiyə, ABŞ və Kanada qonaq ölkə olaraq dəvət olunub.
Təhlükəsizlik konfransında terrorla mübarizə, internet üzərində radikallaşma və kiber cihad, Aralıq dənizidəki insan qaçaqçılığı və regional mǝsǝlǝlǝr əsas müzakirə mövzusudur.
Daxili İşlər naziri Әfkan Ala, Altılıq ölkələrin konfransında iştirakı çərçivəsində Avropa İttifaqı üzrə komissar Dimitris Avramopolis ilə ikitərəfli görüşlər keçirib.
Görüşdə Türkiyə Avropa İttifaqı əlaqələri ilə bağlı köç, viza sadələşdirilməsi, terrorla mübarizə, regional təhlükəsizlik problemləri və əməkdaşlıq imkanları müzakirə edilib.
Paris səfəri çərçivəsində fransız həmkarı Bernard Cazneuve ilə də bir araya gələn Әfkan Ala, ABŞ Ölkə Təhlükəsizliyi nazirinin müavini Alexandro Mayorkas ilə də görüşüb.
Daxili İşlər naziri Әfkan Ala, gün boyu davam etdirdiyi danışıqlarda terror və həll prosesini vurğulayıb. Türkiyənin ortaya qoyduğu dayanıqlılıq və layihələrlə terroru gündəmdən çıxarmağa çalışdığını ifadə edən Ala, yığıncaqda, Türkiyənin terror mövzusunda atdığı addımlara diqqət çəkildiyini ifadə edib. Türkiyənin terrorla mübarizəsi ilə bağlı haqsız tənqidlərə aydınlıq gətirən Ala, “Terrorun gündəmdən çıxmasını və həll prosesinin müvəffəqiyyətlə başa çatmasını istəyirik" deyib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr