İsveçin qərarına İsrail sərt reaksiya göstərib

İsveçin Fələstini rəsmən müstəqil dövlət kimi tanıma qərarına İsrail sərt reaksiya göstərib.

175766
İsveçin qərarına İsrail sərt reaksiya göstərib

İsveçin Fələstini rəsmən müstəqil dövlət kimi tanıma qərarına İsrail sərt reaksiya göstərib.
İsrail Xarici İşlər Nazirliyinin sözçüsü, İsveçin tanıma qərarının sülh müzakirələrinə xidmət etməyəcəyini deyib və Stockholmdakı səfirlərini çağıraraq, narahatlıqlarını bildirəcəklərini söyləyib.
Səfirin nə vaxt geri dönəcəyi barədə məlumat verməyən mətbuat katibi, Stockholmun qərarını uğursuz olaraq xarakterizə edib.
Xatırladaq ki, İsveç, Fələstin dövlətini tanıyan ilk böyük Qərbi Avropa ölkəsidir. İngiltərə, İrlandiya, İspaniya və Belçika parlamentlərində da Fələstin dövlətini tanımaq üçün ilk addımlar atılıb.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr