Vulkanın aktiv hala keçmәsi nәticәsindә zərərçəkənlər olub

Vulkanın aktiv hala keçmәsi nәticәsindә zərərçəkənləri axtarma vә xılasetmə işləri davam etdirilir.

147689
Vulkanın aktiv hala keçmәsi nәticәsindә zərərçəkənlər olub

Yaponiyada 6 gün əvvəl vulkanın aktiv hala keçmәsi nәticәsindә zərərçəkənləri axtarma vә xılasetmə işləri davam etdirilir. Yaponiyada son 88 ilin ən dəhşətli vulkan püskürməsi hesab edilən hadisə nəticəsində ölənlərin sayı 47-yə yüksəlib. Yapon hökumətinin 1400 nəfərdən ibarət nümayəndə heyəti bölgədə axtarış və xilasetmə işlərini davam etdirirlər. 24 alpinistin yoxa çıxdığını təxmin edən səlahiyyətlilər itkin düşənlərin sayının daha çox olmasından narahatdırlar. Xatırladaq ki, ötən şənbə günü paytaxt Tokionun qərbində yerləşən, təxminən 3 min metr yüksəkliyindəki Ontake vulkanda püskürmə baş vermişdi. Dünyanın seysmik cəhətdən ən aktiv bölgələrindən olan Yaponiyada 1991-ci ildə Unzen Yanardağındakı püskürmədə 43 nəfər dünyasını dəyişmişdi. 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr