Dәrviş Әroğlu: "Pan Gi Mun ilә faydalı görüşlәr keçirdim"

Dərviş Eroğlu Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının Nyu- Yorkda təşkil edilən toplantısından geri qayıdıb.

143847
Dәrviş Әroğlu: "Pan Gi Mun ilә  faydalı görüşlәr keçirdim"

Şimali Kıbrıs Türk Respublikasının Prezidenti Dərviş Eroğlu Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının Nyu- Yorkda təşkil edilən toplantısından geri qayıdıb. Vətənə geri dönən prezident keçirdiyi görüşlərlə bağlı hava limanında mətbuat nümayəndələrinə açıqlama verib. Eroğlu Birləşmiş Millətlər Təşkilatının Baş katibi Pan Gi Munla faydalı görüş keçirdiklərini, Baş Katibin də qatılacağı liderlər zirvəsinin təşkil olunmasını təklif etdiyini söyləyib. Dərviş Eroğlu yaxınlaşmaqda olan prezident seçkilərində namizəd olub olmayacağına dair ünvanlanan sualları cavablandırarkən “Hazırda müzakirələrin 3-cü mərhələyə daxil olduğunu nəzərə alsaq seçimi düşünəcək bir nöqtədə deyiləm”- ifadəsini işlədib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr