İqlim dəyişikliyi zirvə toplantısı sabah New Yorkda başlayacaq

BMT-nin İqlim dəyişikliyi zirvə toplantısı sabah New Yorkda başlayacaq.

134159
İqlim dəyişikliyi zirvə toplantısı sabah New Yorkda başlayacaq

BMT-nin İqlim dəyişikliyi zirvə toplantısı sabah New Yorkda başlayacaq.
New York başqa olmaqla, dünyanın dörd bir tәrәfindәn milyonlarla adam, qlobal istiləşməyə sәbәb olan karbon törəməsi qazların istifadəsinin azaldılması tələbiylə küçələrə axışıb.
New Yorkdakı etiraz yürüşünә 100 mindən çox adamın qatıldığı təxmin edilir. İştirakçılar arasında BMT Baş katibi Pan Gi Moon, kino oyunçusu Leonardo di Caprio, ABŞ-nın keçmiş vitse prezidenti Al Gore kimi mәşhur simalar da yer alıb.
İngiltərənin paytaxtı Londondakı etiraz aksiyasına isә 40 min nәfәr qatılarkәn, Fransanın paytaxtı Parisdəki nümayişә 5 min velosipedlinin iştirakı diqqәt çәkib. Aksiyaçılar, siyasətçilərә daha lazımlı addımları atmaları haqda çağırış ediblәr. iqlim dəyişikliklərindən qorunmaq üçün hər kəsin öhdәliklәrinin olduğunu sәslәndiriblәr.
Almaniyanın paytaxtı Berlində keçirilәn nümayişlәrdә isә elm xadimlәrinin xәbәrdarlıqlarına diqqət çəkilib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr