Ukraynada atǝşkǝs mǝsǝlǝsi…

Poroşenko, ölkǝnin şǝrqindǝki Donbass bölgǝsindǝ daimi atǝşkǝs üçün Rusiya prezidenti Vladimir Putin ilǝ razılıq ǝldǝ etdiklǝrini açıqlayıb.

112831
Ukraynada atǝşkǝs mǝsǝlǝsi…

Ukraynada atǝşkǝs mǝsǝlǝsi…
Ukrayna prezidenti Petro Poroşenko, ölkǝnin şǝrqindǝki Donbass bölgǝsindǝ daimi atǝşkǝs üçün Rusiya prezidenti Vladimir Putin ilǝ razılıq ǝldǝ etdiklǝrini açıqlayıb.
Ukrayna prezidentinin sülh üçün addımlar atılması mövzusunda Putin ilǝ hǝmfikir olduqlarını açıqlamasından bir saat keçmǝdǝn rǝsmi Moskva xǝbǝri tǝkzib edib.
Putinin sözcüsü bildirib ki, Ukraynadakı toqquşmalardan tǝrǝf deyilik. Buna görǝ bir atǝşkǝs razılığı ǝldǝ edilmǝsi gündǝmdǝ ola bilmǝz. O, bu mǝsǝlǝni Ukraynanın bir daxili mǝsǝlǝsi olaraq gördüklǝrini vurğulayıb.
Bununla belǝ sözcü, telefonla görüş keçirildiyini tǝsdiqlǝyib, liderlǝrin toqquşmaların dayandırılması üçün atılacaq addımlar barǝdǝ ümumilikdǝ razılıq ǝldǝ etdiklǝrini bildirib.
Ukraynadakı Rusiya tǝrǝfdarları sülh üçün Ukrayna ordusunun çǝkilmǝsini şǝrt kimi irǝli sürüb.
Donetskdǝki Rusiya tǝrǝfdarlarının baş nazir müavini, “rǝsmi Moskva bizim adımızdan danışa bilmǝz” deyib, atǝşkǝsin Ukrayna ǝsgǝrlǝri ölkǝnin şǝrqindǝn çǝkilmǝdǝn mümkün olmayacağını qeyd edib.
Ukrayna ordusu ilǝ rus separatçılar arasında şiddǝtli atışmalara sǝhnǝ olan Donbass bölgǝsi, Ukrayna iqtisadiyyatının mǝrkǝzidir.
Qeyd edǝk ki, Ukraynada 4 aydır davam edǝn toqquşmalarda 2500 adam ölüb, 1 milyon insan isǝ evlǝrini tǝrk etmǝk mǝcburiyyǝtindǝ qalıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr