Angela Merkeldәn tәkzib

Almaniya kansleri Angela Merkel, terror təşkilatına silah göndәrildiyinә dair iddiaları tәkzib edib.

102088
Angela Merkeldәn tәkzib

Almaniya kansleri Angela Merkel, terror təşkilatına silah göndәrildiyinә dair iddiaları tәkzib edib.
Merkel; İŞİD təhdidinə qarşı İraqın şimalındakı Regional Kürd Muxtariyyətinə silahlar göndәrә bilәrik. Ancaq PKK-ya belә bir yardım söz mövzusu ola bilmәz deyib.
Alman birinci televiziya kanalında, gündəmdəki mövzulara bağlı suallara cavab verәn Almaniya kansleri Angela Merkel, İŞİD-in hücumları səbəbiylə İraqın şimalında "soyqırım" təhlükəsi olduğunu, hökumət olaraq bu təhdidə qarşı regional rəhbərliyə silah yardımı mövzusunu müzakirә etdiklәrini qeyd edib. Bəzi Alman siyasətçilərin terror tәşkilatı PKK_ya da silah yardım edilmәsinә dair tәklifini rәdd edib.
Angela Merkel, Alman kəşfiyyatının Türkiyəyə istiqamətli dinləmə fəaliyyətlərinә dair iddiaları da tәkzib edib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr