Hillari Klintondan Obamaya sәrt reaksiya

ABŞ-nın keçmiş dövlәt katibi Hillari Klinton, Suriya və İŞİD-ә qarşı izlәdiyi siyasәt səbəbindən prezident Barak Obamanı sərt dillə tənqid edib.

86381
Hillari Klintondan  Obamaya sәrt reaksiya

ABŞ-nın keçmiş dövlәt katibi Hillari Klinton, Suriya və İŞİD-ә qarşı izlәdiyi siyasәt səbəbindən prezident Barak Obamanı sərt dillə tənqid edib.

Klinton, The Atlantic jurnalına verdiyi müsahibәdә, Obamanı, İŞİD tәşkilatının Suriyadakı fәaliyyәtinә müdaxilә etmәmәkdә ittiham edib.
Obamanın Suriyadakı rejim müxaliflərinə etdiyi yardımın qәnaәtbәxş olmadığını ifadә edәn Klinton, ӘsӘdә qarşı bir ordu yaradılmdığından İŞİD-in boşluğu doldurduğunu söylәyib.
Obamanın beynəlxalq əlaqələr sahəsində ciddi bir doktrinasının olmadığını deyәn Klinton, "Axmaqca şeylərə cәhd edilmәmәlidir. Belə bir xarici siyasət doktrinası olmaz" deyə vurğulayıb.
İŞİD-in ələ keçirdiyi yerlәrdә dayanmadığını, irәlilәmәkdә davam etdiyini ifadә edәn Klinton, Yaxın Şərqdə cәrәyan edәn hadisәlәrdәn Avropa və ABŞ-nın də təsirlənəcəyindәn qorxduğunu söylәyib.
Qeyd edәk ki, Klintonun qarşıdakı aylarda 2015-ci ildә keçirilәcәk prezident seçkiləri üçün Demokrat Partiyadan namizəd namizədliyini açıqlayacağı ehtimal olunur.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr