Ukraynanın şərqində gərginlik artmaqdadır

Donetskdə baş verən son hava hücumunda 2 nəfər ölüb.

83853
 Ukraynanın şərqində gərginlik artmaqdadır

Ordu, Rus separatçılara qarşı əməliyyatlara hazırlaşır, Donetskdə baş verən son hava hücumunda isə 2 nəfər ölüb.
Paytaxt Kiyevdə də qarışıqlıq düşüb. Polislə hökümət əleyhdarları arasında qarşıdurma yaşanıb. Ukrayna ordusu Luqansk və Donetsk arasındakı əlaqəni kəsərək Rusiya tərəfdarı separatçılar üzərindəki təzyiqini artırır.
Şiddətli qarşıdurmalar nəticəsində Donetskdə təşkil edilən hava hücumunda 2 nəfər ölüb. Luqanskda baş verən qarşıdurmalarda isə 15 Ukrayna hərbçisi həyatını itirib.
Paytaxt Kiyevdə də gərginlik artır.
Etirazların keçirildiyi Azadlıq Meydanında polis ilə etirazçılar arasında qarşıdurma yaşanıb. Od yandıran etirazçılar, polisin meydana girməsinin qarşısını almağa çalışıb.
Almaniya kansleri Angela Merkel ilə Ukrayna Dövlət Başçısı Pyotr Poroşenko telefon vasitəsilə ölkədəki təhlükəsizlik böhranı barədə danışıblar.
Ukraynanın içində olduğu vəziyyətdən çıxması üçün Qərbin dəstəyi isə davam edir. Dünya Bankı, maliyyə sektorunda islahat üçün 500 milyon dollar kredit təmin edəcək. Dünya Bankının dəstəyi ilə, ölkədə bank və maliyyə sistemini möhkəmləndirmək üçün tədbirlər həyata keçiriləcək.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr