İsrail Pudra bombalar yağdırır

İsrail bu dəfə Pudra bombasıyla vətəndaşları qətlə yetirir.

132472
İsrail Pudra bombalar yağdırır

Artıq 10 gündür ki, İsrailin Qəzzada keçirdiyi hərbi əməliyyatlar nəticəsində 220 Fələstinli həyatını itirib, 500 nəfərdən artıq insan isə yaralanıb. İsrail bu dəfə Pudra bombasıyla vətəndaşları qətlə yetirir. Çox güclü olan Pudra bombaları nəticəsində yaralanan canlıların müalicəsi qeyri-mümkündür. Qeyd edək ki, sıxlaşdırılmış metal partlayıcı mənasını verən Pudra bombalarının vətəndaşlar üzərində istifadə edilməsi müharibə cinayəti sayılır. İsrail Qəzza sahilini bombalaması nəticəsində isə futbol oynayan 4 Fələstinli uşağıda qətlə yetirib. Bu arada İsrail BMT –nin təşəbbüsü ilə Qəzzada humanitar yardımlarla əlaqədar olaraq 5 saatlıq atəşkəs elan edib. Həmas da təklifi qəbul etdiyini açıqlayıb. İsrail rəsmiləri həmin 5 saat ərzində Qəzzalı vətəndaşların ehtiyacları olan vəsaitlərlə təmin edilməsini mümkün sayıb. Digər tərəfdən İsrail ola biləcək bir quru əməliyyatı üçün hazırlıqlarınıda davam etdirir. Ümumilikdə 48 min ehtiyat əsgər ordu sıralarına çağırılıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr