Ukraynanın şǝrqindǝ 11 nǝfǝr ölüb

Donetsk yaxınlığında hǝyata keçirilǝn hüva hücumlarında 4 mǝrtǝbǝli bina vurulub.

131132
Ukraynanın şǝrqindǝ 11 nǝfǝr ölüb

Ukraynanın şǝrqindǝ Rusiya tǝrǝfdarlarına yönǝldilmiş ǝmǝliyyatlar davam edir.
Donetsk yaxınlığında hǝyata keçirilǝn hüva hücumlarında 4 mǝrtǝbǝli bina vurulub.
Hadisǝ zamanı 11 nǝfǝr ölüb, ǝtrafdakı binalara ciddi xǝsarǝt yetirilib.
Ukrayna Milli Tǝhlükǝsizlik vǝ Müdafiǝ Heyǝtinin İnformasiya Mǝrkǝzi sözcüsü may ayından etibarǝn davam edǝn toqquşmalarda 258 hǝrbçinin öldüyünü 922 ǝsgǝrin isǝ yaralandığını açıqlayıb.
Atışmalar zamanı 45 ǝsgǝrin girov saxlanıldığı, bunların arasında son olaraq düşürülǝn tǝyyarǝnin 2 pilotunun da olduğu bildirilib.
Digǝr tǝrǝfdǝn, Ukrayna Daxili İşlǝr naziri Arsen Avakov, separatçılardan tǝmizlǝnǝn bölgǝlǝrdǝ dünǝn tǝdqiqat aparıb.
Avakov, Slavyansk vǝ ǝtrafında gündǝlik hǝyatın normallaşması üçün fǝaliyyǝtlǝrin davam etdiyini bildirib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr