Qǝzzada İsrailin hücumları davam edir

8 gündür Qǝzzanı vuran İsrailin öldürdüyü fǝlǝstinlilǝrin sayı 200-ǝ yaxınlaşıb.

131953
Qǝzzada İsrailin hücumları davam edir

İsrail, Qǝzzada 6 saat davam edǝn atǝşkǝs qǝrarının ardından dünǝn başlatdığı bombardmanı davam etdirir.
İsrail, Qǝzzada yerlǝşǝn Vǝfa xǝstǝxanasına, baş hǝkimin fǝallıq vǝ yaralılar sǝbǝbindǝn xǝstǝxananı boşaltmağı rǝdd etmǝsinǝ baxmayaraq, hücum edib.
8 gündür Qǝzzanı vuran İsrailin öldürdüyü fǝlǝstinlilǝrin sayı 200-ǝ yaxınlaşıb.
İsrail, ilk itkisini isǝ ötǝn gün verib, Qǝzza sǝrhǝddi yaxınlığında İsrail ǝsgǝrlǝrinǝ ǝrzaq verǝn bir İsrailli, atılan rakǝt nǝticǝsindǝ ölüb.
İsrail Baş naziri Benyamin Netanyahu, Hǝmasın atǝşkǝs qǝrarını qǝbul etmǝmǝsi qarşısında, hücumları daha çox artırmaqdan başqa seçimlǝrinin olmadığını bǝyan edib.
İsrail ordusu, Qǝzzanın şimal vǝ şǝrqindǝ yaşayan 100 min fǝlǝstinlidǝn, evlǝrindǝn dǝrhal ayrılmalarını istǝyib. Bunun üçün bu gün sǝhǝr saatlarına qǝdǝr müddǝt verilmǝsinǝ baxmayaraq, qǝzzalılar gǝdǝcǝk tǝhlükǝsiz yer olmadığını bildirǝrǝk, evlǝrini tǝrk etmǝyǝcǝklǝrini ifadǝ ediblǝr.
İsrailin bu bölgǝlǝrǝ hǝr an ağır bombardman başladacağından narahatlıq duyulur.
İsrail mǝtbuatı da, qurudan ǝmǝliyyat üçün hazırlıqlarının tamamlandığını yazıb.
ABŞ Dövlǝt Katibliyi sözcüsü, İsrailin özünü müdafiǝ haqqının olduğunu bildirǝrǝk, Qǝzzaya yönǝldilmiş bombardmanı dǝstǝklǝyib. Ancaq sözcü, “ heç kǝsin quru ǝmǝliyyatı arzu etmǝdiyini” deyib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr