Obama Netanyahu ilǝ telefonla görüşüb

Obama, bölgǝdǝ dǝrinlǝşmǝqdǝ davam edǝn vǝziyyǝtdǝn narahatlıq duyduğunu dilǝ gǝtirirǝk, tǝmkinli olunması üçün çağırış edib.

126279
Obama Netanyahu ilǝ telefonla görüşüb

ABŞ prezidenti Barack Obama, İsrail Baş naziri Benyamin Netanyahu ilǝ telefonla danışıb.
Obama, bölgǝdǝ dǝrinlǝşmǝqdǝ davam edǝn vǝziyyǝtdǝn narahatlıq duyduğunu dilǝ gǝtirirǝk, tǝmkinli olunması üçün çağırış edib.
Ağ Evdǝn verilǝn açıqlamada, Obama vǝ Netanyahunun Şǝrqi Qüds vǝ İordan Çayının Qǝrb Sahilindǝki son vǝziyyǝti müzakirǝ etdiklǝri bildirilib.
Obama, İsrailǝ atılan raketlǝri sǝrt şǝkildǝ qınayıb vǝ İsrailin özünü müdafiǝ haqqının olduğunu vurğulayıb.
Telefon danışığında, Obamanın, İsrail Baş nazirinǝ dinc ǝhalinin qorunması üçün bütün tǝdbirlǝrin görülmǝsi barǝdǝ çağırış etdiyi dǝ bildirilib.
Obama, keçǝn hǝftǝlǝrdǝ, Fǝlǝstinli gǝncin öldürülmǝsindǝn mǝsul şǝxslǝrin İsrail mǝhkǝmǝlǝrinǝ çıxarılmasından duyduyu mǝmnunluğu da dilǝ gǝtirib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr