7 Həmas üzvü həyatını itirib

İsrailin Qəzzada həyata keçirdiyi hava hücumu nəticəsində 7 Həmas üzvünün həyatını itirdiyi açıqlanıb.

120303
 7 Həmas üzvü həyatını itirib

İsrailin Qəzzada həyata keçirdiyi hava hücumu nəticəsində 7 Həmas üzvünün həyatını itirdiyi açıqlanıb.
Qəzzada İsrail ilə Həmas arasında 2012-ci ildən bəri yaşanan ən qanlı hücumda 4 Həmas üzvünün isə yaralandığı ifadə edilib.
Həmas hava hücumunun əsasən Misir sərhədindəki Rifahdan üzvlərinin toplanış məntəqəsinə yönəldiyini bildirib.
İsrail Ordusu isə ölkənin cənubuna atılan raket hücumlarına qarşı həyata keçirilən hava hücümünda 9 hədəfin vurulduğunu bildirib.
Bu arada İsrail hökumətinin sözçüsü Mark Regev Həmasa qarşı ağır tənqidlər də səsləndirib.
Beynəlxalq mətbuata açıqlamasında Mark Regev Həması problemin bir parçası adlandıraraq Həmasa qarşı müharibəni və  bunu onun məğlubiyyəti ilə nəticələndirməyi vacib sayıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr