Ukraynada qarşıdurmalar davam edir

Donetskdə əsgər anaları və jurnalistləri daşıyan avtobus atəşə tutulub.

112192
Ukraynada qarşıdurmalar davam edir

Ukrayna prezidenti Petro Poroşenkonun Rusiya tərəfdarı olan separatçılara atəşkəsi 3 gün daha uzatmasına baxmayaraq bir sıra qarşıdurmalar baş verib. Donetskdə əsgər anaları və jurnalistləri daşıyan avtobus atəşə tutulub. Hücumda Ukrayna ordusunu günahlandıran Rusiya Xarici İşlər Nazirliyi rəsmi Kiyevi Ukraynanın şərqindəki gərginliyi artırmaqda ittiham edib. Slavyansk şəhəri də bəzən qarşıdurmalara səhnə olur. Ölkənin şərqinə təhcizatı davam etdirən Ukrayna ordusu, sərhəd bölgəsində nəzarət təmin etməyə çalışır. Təhlükəsizliklərindən narahatlıq keçirən minlərlə insan Rusiyaya sığınır. Qaçqınlar, günlərdir Ukrayna-Rusiya sərhəd qapısında növbə gözləyirlər.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr