Krımda yaşanan insan hüquqları pozuntuları

Kırımoğlu: Krımda yaşanan insan hüquqları pozuntuları bir çox beynəlxalq təşkilatların diqqət mərkəzindədir.

108217
Krımda yaşanan insan hüquqları pozuntuları

Krım tatarlarının lideri, Ukrayna parlamentinin üzvü Mustafa Abdülcemil Kırımoğlu, Krımda yaşanan insan hüquqları pozuntularının bir çox beynəlxalq təşkilatların diqqət mərkəzində olduğunu bildirib.
O, sözügedən məsələ ilə əlaqədar bir çox hesabat yazıldığını qeyd edib.
ATƏT və BMT-nin İnsan Haqqları Komissiyasınında məsələ ilə bağlı hesabatlar hazırladığını deyən Kırımoğlu, Krımda yaşanan insan haqqları pozuntularını Avropa İnsan Haqqları Məhkəməsi müstəvisinə çıxaracaqlarını da bildirib.
Krım tatarlarının lideri 16 Mart referandumundan sonra Krım Tatarlarının əsas hüquq və azadlıqlarının əllərindən alınmağa cəhd olunduğunu da vurğulayıb.
O buna misal olaraq Krım türklərinin rus pasportu almağa məcbur edilməsini göstərib. Krımda din və vicdan azadlığının da təhdid altında olduğunu deyən Kırımoğlu zaman-zaman məscid və mədrəsələrə basqınlar təşkil olunduğunu da dilə gətirib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr