Çində təbii fəlakətlər

Çinin şərqində baş verən güclü fırtına və yağışların yağması nəticəsində 26 nəfər həlak olub.

103812
Çində təbii fəlakətlər

Yunnan, Jian-gxi və Fuj-ian bölgələrində 5 gündür davam edən seldə 26 nəfər həlak olub, 3 nəfər isə itkin düşüb.
Bəzi bölgələrdə torpaq sürüşməsi əmələ gəlib. Fırtına gücləndiyi üçün 337 nəfər bölgədən köçürülüb, 115 nəfərin isə təcili yardım avadanlıqlarına ehtitacı olduğu qeyd olunur.
Fırtına ve yağışın sǝbǝb olduğu ziyanın təqribən 650 milyon dollar olduğunu açıqlayan Vətəndaşlarla İş üzrə Nazirlik, 8 min 700 evin dağıldığını, 66 min evin zərər gördüyünü, 42 min hektar ərazidə kənd təsərrüfatı sahəsində məhsulların yararsız hala düşdüyünü qeyd edib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr