Liviyada atışma
“Liviya Qalxanı” qüvvǝlǝrilǝ Halifǝ Hafterǝ sadiq dǝstǝlǝr arasında baş verǝn toqquşmada 4 nǝfǝrin öldüyü, 17 nǝfǝrin yaralandığı bildirilib.
Ölkǝnin şǝrqindǝ yerlǝşǝn Benqazi şǝhǝrindǝ orduya mǝnsub “Liviya Qalxanı” qüvvǝlǝrilǝ pensiyaçı Tuggeneral Halifǝ Hafterǝ sadiq dǝstǝlǝr arasında baş verǝn toqquşmada 4 nǝfǝrin öldüyü, 17 nǝfǝrin yaralandığı bildirilib.
Hafter, müxtǝlif ittihamlar yönǝltdiyi Benqazidǝki hökumǝt tǝrǝfdarı qruplara qarşı “şǝrǝf mübarizǝsi” başlatdığını elan etmiş, ölkǝnin parlamenti Milli Konqres vǝ müvǝqqǝti hökumǝt, bu vǝziyyǝti “çevrilişǝ tǝşǝbbüs” olaraq dǝyǝrlǝndirmişdi.
Sabiq Baş nazir Әli Zeydaninin dǝ aralarında olduğu çoxlu sayda siyasǝtçi vǝ yüksǝk sǝviyyǝli ǝsgǝr isǝ Hafteri dǝstǝklǝdiyini açıqlayıb.
Әlaqәli Xәbәrlәr
![Yaponiya və Cənubi Koreya Rusiya və Şimali Koreyaya qarşı](http://cdn.trt.net.tr/images/medium/rectangle/7402/1e8d/8f60/667551035090a.jpg?time=1719062199)
Yaponiya və Cənubi Koreya Rusiya və Şimali Koreyaya qarşı
Yaponiyanın maliyyə naziri Syuniti Sudzuki bunu Tokioda keçirilən mətbuat konfransında deyib ki ...