Boko Haram qruplaşmasının hücumları davam edir

Boko Haram qruplaşmasının 12 silahlısının 2 kǝndǝ hücum etdiyi, hücum zamanı çoxlu sayda sakinin öldürüldüyü bildirilib.

102905
Boko Haram qruplaşmasının hücumları davam edir

Nigeriyanın şimal-şǝrqindǝki Borna ǝyalǝtindǝ Boko Haram qruplaşmasının 12 silahlısının 2 kǝndǝ hücum etdiyi, hücum zamanı çoxlu sayda sakinin öldürüldüyü bildirilib.
Aprel ayında 100-dǝn artıq mǝktǝbli qızın oğurlandığı Chibok yaxınlığındakı Koronginim vǝ Ntsiha kǝndlǝrinǝ 20-dǝn artıq silahlının hücum etdiyi vǝ hücum zamanı çoxlu sayda insanın hǝyatını itirdiyi qeyd edilib.
Xatırladaq ki, Boko Haram qruplaşması Chibokdaki mǝktǝplǝrdǝn çoxlu sayda qızı 14 apreldǝ oğurlamışdı. Özünü Boko Haramın lideri Әbubǝkir Şǝkau olaraq tanıdan bir şǝxs, qruplaşmanın yayımladığı video lentdǝ, qızların sǝrbǝst buraxılması müqabilindǝ Nigeriya mǝqamlarının ǝlindǝki silahlıları sǝrbǝst buraxmasını istǝmişdir.
Nijeriyada dinǝ ǝsaslanan rejim istǝyǝn vǝ qǝrb yönümlü tǝhsilǝ qarşı olan Boko Haram tǝşkilatı, qanlı hücumları ilǝ tanınıb vǝ minlǝrlǝ insanın ölümündǝn mǝsul tutulur.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr