Ukraynanın şǝrqindǝ vǝziyyǝt gǝrgin qalmaqdadır

İyunun 27-dǝ Avropa İttifaqı ilǝ tǝrǝfdaşlıq sazişi imzalayacaq Ukraynanın şǝrqindǝ vǝziyyǝt gǝrgin qalmaqdadır.

101320
Ukraynanın şǝrqindǝ vǝziyyǝt gǝrgin qalmaqdadır

İyunun 27-dǝ Avropa İttifaqı ilǝ tǝrǝfdaşlıq sazişi imzalayacaq Ukraynanın şǝrqindǝ vǝziyyǝt gǝrgin qalmaqdadır.
Ukrayna ordusundan 7 ǝsgǝr, ayrılıqçı silahlılarla toqquşma zamanı ölüb.
Prezident Petro Poroşenko isǝ toqquşmaların getdiyi şǝrq vilayǝtlǝrini ǝhata edǝn bir sülh planı üçün addım atıb.
Ukrayna, şǝrq sǝrhǝddindǝ 10 km-lik neytral bölgǝ yaratmağı planlaşdırır.
Mǝqsǝd Rusiyanın, Ukraynanın şǝrqindǝki separatçı qruplaşmalara sǝrhǝddǝn logistik dǝstǝk tǝmin edilmǝsinin qarşısının alınmasıdır.
Neytral bölgǝ, Ukrayna lideri Poroşenkonun sülh planının sadǝcǝ bir hissǝsidir.
Poroşenkonun Parlament ilǝ bǝlǝdiyyǝ sǝçkilǝrini irǝli tarixǝ çǝkmǝyi vǝ separatçıları ǝllǝrindǝki girovları sǝrbǝst buraxmaları şǝrtilǝ ǝfv etmǝyi planlaşdırdığı da qeyd edilib.
Ölkǝsindǝ gǝrginliyin sona çatmasını istǝyǝn Poroşenkonun Rus lider Vladimir Putinǝ zǝng edǝrǝk planına dǝstǝk istǝdiyi dǝ bildirilib.
Digǝr tǝrǝfdǝn Ukraynanın şǝrqindǝ toqquşmalar davam edir.
Ordudan verilǝn açıqlamada Rus yönümlü separatçılarla son toqquşmalarda 300 silahlının zǝrǝrsizlǝşdirildiyi ancaq 8 ǝsgǝrin öldüyü bildirilib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr