Ukraynada hədəflər atəşə tutulub
Ukrayna ordusu separatçıların nəzarətində olan hədəfləri atəşə tutub.
88649
Ukraynanın şərqindəki Slavyanskda ordu ilə separatçılar arasındakı qarşıdurmalar davam edir.
Ukrayna ordu qüvvələrinə bağlı birliklər tərəfindən şəhərdəki bəzi ərazilər top atəşinə tutulub. Nəticədə şəhərin bir çox yerlərində elektrik və telefon xəttləri kəsilib.
Digər tərəfdən həftə sonu and içmǝ mǝrasimindǝn sonra rəsmi olaraq vəzifəsinə başlayan Ukrayna Dövlət başçısı Petro Poroşenko, ölkənin şərqindəki qarşıdurmalarda hər gün xeyli sayda insanın həlak olduğunu bildirərək, bunun qəbulolunmaz olduğunu və tez bir zamanda sona çatdırılmasının vacibliyini qeyd edib.
Әlaqәli Xәbәrlәr
![Yaponiya və Cənubi Koreya Rusiya və Şimali Koreyaya qarşı](http://cdn.trt.net.tr/images/medium/rectangle/7402/1e8d/8f60/667551035090a.jpg?time=1719157908)
Yaponiya və Cənubi Koreya Rusiya və Şimali Koreyaya qarşı
Yaponiyanın maliyyə naziri Syuniti Sudzuki bunu Tokioda keçirilən mətbuat konfransında deyib ki ...