Arınç: "Poroşenko Ukraynanın problemlərini həll edə bilər"

Türkiyə, yeni prezident Petro Poroşenko-nun and mərasiminə yüksәk səviyyәdә iştirak edib.

86943
Arınç: "Poroşenko Ukraynanın problemlərini həll edə bilər"

Ukraynanın ərazi bütövlüyünə güclü dəstək verən Türkiyə, yeni prezident Petro Poroşenko-nun and mərasiminə yüksәk səviyyәdә iştirak edәrәk bunu bir daha vurğulayıb.
Paytaxt Kievde ötәn gün baş tutan and içmә mәrasimindә Türkiyəni təmsil edən Baş nazir Köməkçisi Bülent Arınç, Ukraynanın yeni liderinin problemlәrin öhdәsindәn gәlәcәyi mövzusunda ümidvarlığını qeyd edib.
Poroşenko-nun xalqı birlәşdirmәsinin, problemləri qısa müddətdə hәll edәbilәcәklәrinә dair gözlәntilәrin artmasına sәbәb olduğunu ifadә edәn Bülәnt Arınç Prezident Poroşenko-nun bir neçə mövzuda nә qәdәr qәrarlı vә әzmli olduğunu göstәrdiyini, bunlardan birinin Krımın Rusiyaya qoşulmasını qəti şəkildə qəbul edilməyəcəyini sәslәndirmәsi olduğunu vurğulayıb. Poroşenko güclü vә әzmli bir siyasәtçidir. Seçkilәrdә topladığı sәs nisbәti dә onun bu xüsusiyyәtini göz önünә sәrir. O, bütün problemlәrin öhdәsindә gәlә bilәcәk deyәn Arınç, Onun "Krım həmişə Ukrayna әrazisi olub vә elə də qalacaq” sözünü yüksәk qiymәtlәndirdiyini vurğulayıb.
Bülәnt Arınç, Kievә sәfәri çәrçivәsindә daha əvvəl Polşada görüşdüyü Krım Tatarlarının lideri və Ukrayna Millət vəkili Mustafa Abdulcәmil Kırımoğlu ilə də bir araya gәlib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr