Kıbrısda tәrәflәr yenidәn görüşüb

Dərviş Əroğlu, Kıbrıs Rum rəhbərliyinin lideri Nikos Anastasiadislə yenidən görüşüb.

80658
Kıbrısda tәrәflәr yenidәn görüşüb

Şimali Kıbrıs Türk Respublikasının prezidenti Dərviş Əroğlu, Kıbrıs Rum rəhbərliyinin lideri Nikos Anastasiadislə yenidən görüşüb. Görüşdə BMT Baş katibinin Kıbrıs üzrə xüsusi nümayəndəsi Liza Butenhaym və hər iki tərəfdən nümayəndələr iştirak edib. 3 saatadək davam edən görüşdə, siyasi bərabərlik, federal idarəolunma mexanizmləri, seçki sistemi və təhlükəsizlik məsələləri müzakirə olunub. Dərviş Əroğlu Rum tərəfi ilə fikir müxtəlifliyinin davam edtiyini deyib.
O, Türk tərəfinin konstruktiv mövqeyinin davam etdirdiyini bilidirərək, Rum tərəfinin əvvəlki müzakirələrdə əldə olunan nəticələrin heçə saydığını və buna etiraz etdiklərini vurğulayıb. Eroğlu, görüşlərin sabah yenidən davam etdiriləcəyini bildirərək, növbəti görüşün iyunun 23-də keçiriləcəyini açıqlayıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr