Bәrlindә dörttәrәfli zirvә toplantısı keçirilib

Almaniya kansleri Angela Merkel Ukrayna, Gürcüstan vә Moldova baş nazirlәri ilә görüşüb.

76363
Bәrlindә dörttәrәfli zirvә toplantısı keçirilib

<p>Almaniya kansleri Angela Merkel Ukraynanın baş naziri Arseniy Yatsenyuk, Gürcüstanın baş naziri Irakli Qaribaşvili və Moldovanın baş naziri Lurie Linça ilə görüşüb. 4 lider görüşdən əvvəl mətbuata açıqlamalar veriblər. Almaniya kansleri Angela Merkel 3 ölkənin baş nazirinin Açendəki Charlamegne Mükafatlandırma mərasimində iştirak etmək üçün Almaniyaya gəldiklərini və bu fürsətdən istifadə edərək görüşdüklərini bildirib. Angela Merkel 3 ölkənin Avropa Ittifaqı ilə əlaqələrinin müzakirə olunduğunu, Ukraynadan sonra Gürcüstan və Moldova ilə qurum arasında əməkdaşlıq sazişinə imza atılacağını xatırladıb. Almaniya kansleri Ukraynada girov götürülən ATƏT nümayəndələrinin sərbəst buraxılması üçün əllərindən gələni etdiklərini də deyib. Ukraynanın baş naziri Arseniy Yatsenyuk isə ATƏT müşahidəşilərinin girov götürülmısində Rusiya tərəfindən idarə edilən terrorçuların əli olduğunu iddia edib. Ölkəsinin Avropanın bir hissəsi olmağı hədəflədiyini bildirən Yatsenyuk qeyd edib ki, Avropada yeni bir Berlin divarı olmayacaq.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr