Xarici mətbuat, 27 avqust 2021

Dünya informasiya vasitələrində gündəmə dair dərc olmuş xəbərlərdən başlıqlar

1698245
Xarici mətbuat, 27 avqust 2021

“Le Monde”: Fransanın Baş naziri Jean Castex ölkəsinin Əfqanıstandan təxliyəsinin bu gün (27 avqust) axşam tamamlanacağını bildirib.

“Le Figaro”: Fransada sutka ərzində “Covid-19”-dan 110 nəfərin öldüyü qeydə alınıb. 2 min 261 nəfər isə reanimasiyadadır.

“Fransa 24”: Fransa təmsilçisi A qrupunda, “Manchester City”, “RB Leipzig” və “Club Bruge” ilə mübarizə aparacaq.

“El-Düstur” (İordaniya qəzeti): İordaniya Əfqanıstanda törədilən terror aktlarını qınayıb.

“El-Quds El-Arabi” (Ərəb-İngilis Qəzeti): Amerika Birləşmiş Ştatları (ABŞ) Prezidenti Co Bayden Kabildə terror aktlarını törədənlərdən qisas alınacağını deyib.

“El-Raye El-Qatariyye” (Qətər qəzeti): Qətər, Kabil hava limanında törədilən hücumları lənətləyib və həyatını itirənlərin ailələrinə başsağlığı verib.

“Bild.de”: Əfqanıstanda törədilən partlayışlarda həyatını itirən ABŞ əsgərlərinin sayı 13-ə çatıb. Amerika Birləşmiş Ştatlarının Prezidenti co Baydın bunun qisasının ağır olacağını bildirib.

“Spiegel.de”: ABŞ-da bayraqlar Əfqanıstanda törədilən hadisələrdə həyatını itirən 13 ABŞ əsgərinin xatirəsinə yarıya endirilib.

“Handelsblatt.de”: Avropa Mərkəzi Bankı, orta müddətli dövrdə Avro zonasında inflyasiya nisbitinin artabiləcəyini bildirib.

“RBK” (xəbər saytı): Rusiya Səhiyyə Nazirliyi yeni növ koronavirus (Covid-19) əleyhinə hazırlanan beşinci rus peyvəndinin istifadə edilmisinə icazə verib.

“Kommersant Qəzeti”: Qazaxıstanda bir hərbi hissədə baş verən partlayışda 4 nəfər ölüb, 90 nəfər yaralanıb.

“RT” (xəbər saytı): Rusiyanın Başqırdıstan Respublikasında bir kənd gül olub. Buzdyakski bölgəsində başlayan yanğın evlərə yayılıb.

“El País”, İspaniya: İspaniya bu gün axşama qədər Əfqanıstandan təxliyə işini tamamlamağı qlanlaşdırır

“El Mundo”, İspaniya: ABŞ, Kabil hava limanında törədilən hadisələrdən sonra, hücumlarını davam etdirəcəyi ehtimal olan DEAŞ-a qarşı hazırlıqlar aparır.

“Telesur”, Venesuela: Kubada Covid-19 əleyhinə tətbiq edilən peyvənd miqdarı 12.9 milyon doza olaraq açıqlanıb.



Әlaqәli Xәbәrlәr