Xarici mətbuat,26 avqust 2021
Dünya informasiya vasitələrində bu gün əks etmiş xəbərlərdən başlıqlar.
“Le Monde”: Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Fransadakı yanğınsöndürənlərin yeni tip koronavirus (Covid-19) əleyhinə peyvənd olmaq məcburiyyətinə dair qərarın ləğv edilməsi tələbini qəbul etməyib.
“Le Figaro”: Fransada keçirilən prezident seçkiləri ilə bağlı aparılan sorğunun nəticələrinə görə seçkilərdə mübarizə aparan namizədlərdən Marine Le Pen və Emmanuel Macron digər rəqiblərini qabaqlayıblar.
Fransa 24: Futbol: Paris Saint-Germain İdman Direktoru Leonardo Araujo Kylian Mbappé üçün Real-a “yox” dedi.
“Aljazeera”: Milyonlarla Əfqan aclığın astanasındadır. Dünya Ərzaq Proqramı həyəcan siqnalı verərkən, Ümumdünya Səhiyyə Təşkilatı da ölkədəki yeni növ koronavirus (Covid-19) pandemiyası əleyhinə tədbirlər görməyə çalışır.
“Eldustour”: Dünya Səhiyyə Təşkilatı: “Yeni tip koronavirusun (Covid-19) yayılma sürəti sabitləşməyə başlayıb”.
“Elraya”: Qətər Əfqanıstanda diplomatik səylərini artırır.
“El Pais”: (İspaniya) İspaniyanın Baş naziri Pedro Sanchez və Şimali Afrikadakı İspan ərazisi olan Ceuta muxtar şəhərinin başçısı Juan José Vivas Ceuta şəhərindəki Mərakeşli uşaqların geri qaylatılması mövzusunda razılaşıblar.
“El Mundo”: (İspaniya) İspaniyada yeni tədris ilində “şagirdlərin dərslərdə maksimum iştirakı” və sıralar arasındakı məsafənin azaldılması üçün lazımlı addımlar atılacaq.
“TeleSur”: Kubadan zəlzələdən zərər çəkmiş bölgələrdə sağlamlıq xidmətlərinə qatılmaq üçün həkim və tibb işçilərindən ibarət dəstə Haitiyə cəlb olunub. “Der Spiegel”: Almaniya Parlamenti Əfqanıstan qətnaməsini təsdiqləyib.
“FAZ”: Almaniyadakı müsəlmanlar demokratiyadan daha çox razıdırlar. “Deutsche Welle”: Almaniya kansleri Angela Merkel, Əfqanıstandakı qazancları qorumaq üçün Talibanla dialoqun davam etdirilməli olduğunu söyləyib.
“TASS agentliyi”: Rusiyalı alimlərə görə, Kamçatka yarımadasındakı Şiveluc vulkanı püskürəbilər.
“TASS agentliyi”: Rusiya Milli Aviasiya və Kosmos Agentliyinin (Roskosmos) prezidenti Dmitriy Roqozin, oktyabrın 5-də keçirilməsi planlaşdırılan Soyuz MS-19-un kosmosa buraxılması mərasiminə, Elon Musk, Richard Branson və Jeff Bezosu dəvət edəcəyini bildirib.
“RBK”: Evakuasiya üçün Əfqanıstana göndərilən 4 Rusiya təyyarəsi Podmoskovye Hava Limanına enib.
Әlaqәli Xәbәrlәr
Xarici mətbuat, 27 avqust 2021
Dünya informasiya vasitələrində gündəmə dair dərc olmuş xəbərlərdən başlıqlar