Xarici mətbuat, 31 avqust 2021
“Al-Quds Al-Arabi”, “Al-Dustour”, “Al-Raya”, “Deutsche Welle”, “Tagesschau.de”, “Wiener Zeitung”, “El País”, “El Comercio”, “La Jornada”, “Lenta.ru”, TASS, “İzvestiya”, “Le Monde”, “Le Figaro” və “Le Matin” nələrdən yazır?

“Al-Quds al-Arabi”: Abu Dabi vəliəhdi (Məhəmməd ibn Zayed əl-Nahyan) BƏƏ (Birləşmiş Ərəb Əmirlikləri) ilə Türkiyə əlaqələrinin pozulmasından bu yana ilk dəfə Rəcəb Tayyib Ərdoğanla (Türkiyə prezidenti) danışdı.
“Al-Dustour” (İordaniya): Təhlükəsizlik hesabatları xəbərdarlıq edir: Livandakı sosial partlama qaçınılmaz oldu.
“Al-Raya” (Qətər): İsrailin İordan çayının sahillərində qanun pozuntularını sənədləşdirən BMT hesabatına görə, 2021-ci ildə işğalçıların güllələriylə 55 fələstinli şəhid edilib.
“Deutsche Welle”: Almaniya tərəfindən 2021-ci ilin ilk 6 ayında 47.400 sığınmacı qəbul olunub.
“Tagesschau.de”: Almaniyanın inflyasiya nisbəti son 28 illin ən yüksək səviyyəsinə çatdı: avqust ayında 3,9 faiz qeyd edildi.
“Wiener Zeitung”: Avstriyanın baş naziri Sebastyan Kurts (Sebastian Kurz) son dəfə Almaniya kansleri Angela Merkellə Berlində bir araya gəldi. Əlaqələri çoxdan soyuq idi.
“El País” (İspaniya): Avstriya və Polşa Əfqanıstan mühacirlərinin gəlişini məhdudlaşdırmaq üçün Avropa İttifaqının sərt qanadında üstdədirlər.
“El Comercio“ (Peru): ABŞ 20 illik müharibədən sonra Əfqanıstandan çıxdı və ölkəni Talibana təslim etdi.
“La Jornada” (Meksika): Meksikada Sağlıq Risklərinə Qarşı Qoruma Federal Komissiyası (Cofepris) Kuba peyvəndi "Abdala" haqqında müsbət rəy verdi.
“Lenta.ru”: Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya “BMT Təhlükəsizlik Şurasının Əfqanıstan qərarına bitərəf qaldıq” dedi.
TASS: Rusiyanın İrkutsk rayonunda bir şirkət Çinə taxta-şalban qaçaqçılığı etdiyi üçün məhkəməyə verildi.
“İzvestiya”: Ukraynanın vitse-prezidenti Aleksey Arestoviç Rusiya ilə ticarət əlaqələrini kəsmənin ölkənin əleyhinə olacağını söyləyərək “Rusiya beşinci ən böyük ticarət ortağımızdır” deyib.
“Le Monde”: 20 illik hərbi varlığın və Co Bayden hökumətinin 5 ay əylənməsindən sonra axırıncı Amerika əsgərləri də Kabildən ayrıldı.
“Le Figaro”: Cənubi Afrikada alimlər qeyri-adi mutasiya sürətinə malik yeni “Covid-19” növünü izləyir.
“Le Matin” (İsveçrə): ABŞ rəhbərliyi vətəndaşlarına yeni tip koronavirus (Covid-19) epidemiyası səbəbindən "İsveçrəyə səyahət etməyin" çağırışı etdi.
Әlaqәli Xәbәrlәr

Xarici mətbuat, 27 avqust 2021
Dünya informasiya vasitələrində gündəmə dair dərc olmuş xəbərlərdən başlıqlar