Xarici mətbuat,18 avqust 2021

Dünya informasiya vasitəlirində gündəmə dair dərc olunmuş xəbərlərdən başlıqlar

1692994
Xarici mətbuat,18 avqust 2021

“Fransa 24”: Fransa Səhiyyə orqanlarının məlumatına görə, çərşənbə axşamı günü təxminən 2000 “Covid-19” xəstəsi reanimasiya şöbələrinə yerləşdirilib ki, bu da iyunun ortalarından bəri qeydə alınan ən yüksək rəqəmdir.

“Le Figaro”: İsveçrə əhalisinin 50%-dən çoxu “Covid-19” əleyhinə peyvənd olunub.

Le Monde: Fransanın Var bölgəsindəki meşə yanğınlarının ən şiddətli olanı nəzarət altına alınsa da söndürmə fəaliyyətləri aramsız davam edir.

“El dustour”: Rusiya yeni növ koronavirusa (Covid-19) əleyhinə 5-ci tip peyvəndin hazırladığını bildirib.

“El raya”: Qətər əmiri Tamim İbn Hamad es-Sani və Almaniya kansleri Angela Merkel Əfqanıstanda yaşanan vəziyyəti müzakirə ediblər.

“El Quds El Arabi”: Taliban heyəti ilə görüşən Qətər, Əfqanıstanda barışıq və hərtərəfli həll yolunun vacibliyini vurğulayıb.

El Pais: (İspaniya) Peru Prezidenti Pedro Castillonun Xarici İşlər Naziri Ektor Bejar istefa verib. O bu vəzifəni 19 gün icra edib.

“El Mundo”: (İspaniya) İspaniya Hökumət Başçısı PedroSánchezun vaksinasiya ilə bağlı planlaşdırdığı hədəfə çatılmamasındə, idarədəki mübahisələrin təsirli olduğu iddia edilib.

“TeleSur”: (Venesuela) Venesuela Prezidenti Nikolas Maduro, Meksikanın paytaxtı Mexiko şəhərində keçirilən görüşlər nəticəsində Dialoqa Dəstək Sazişinin Milli Məclisdə təsdiqlənməsini təbrik edib.

“Spiegel.de”: Almaniya hökuməti birbaşa Talibanla görüşəcək. Danışıq zamanı Kabil səfirliyinin əfqan işçilərinin təxliyəsi məzələsi gündəmə daxil ediləcək.

“Deutsche Welle”: Almaniyada məşğulluq yenidən artır. Almaniyadakı məşğulluq rəqəmləri, Koronavirus böhranından yenidən artmağa başlayıb.

“Süddeutschen Zeitung”: Avropa İttifaqı Talibanla görüşə biləcəyini bildirib.

“Lenta.ru”: Birləşmiş Aviasiya Şirkəti Rusiyanın paytaxtı Moskva ətrafında qəzaya uğrayan İl-112B tipli təyyarənin ekipajından sağ qalan olmadığını təsdiqləyib.

RİA Novosti: Rusiya Kommunist Partiyası keçmişdə tətbiq olunan pensiya yaşına yenidən qayıdılmasını təklif edən qanun layihəsini Milli Məclisə (Qosduma) təqdim edib.

Regnum Agentliyi: ABŞ -ın keçmiş prezidenti Donald Tramp, Əfqanıstanda qalan Amerika hərbi texnikaların Rusiyanın əlinə keçəbiləcəyini söyləyib.



Әlaqәli Xәbәrlәr