Xarici mətbuat, 16 iyul 2021

Dünya informasiya vasitələrində gündəmə dair əks olunmuş xəbərlərdən başlıqlar

1676167
Xarici mətbuat, 16 iyul 2021

“Le Soir”: Belçikada daşqınlardan sonra aparılan xilasetmə işləri nəticəsində daha iki cəsəd tapılıb. Beləcə təbii fəlakətdə həyatını itirənlərin sayı 11-ə çatıb.

“Le Figaro”: Fransada yeni növ koronavirus (Kovid-19) əleyhinə mübarizə səbəbiylə həyata keçirilən tədbirlər çərçivəsində bir müddətdir ziyarətə bağlı olan “Eyfel Qülləsi” bu gündən etibarən(16 İyul) yenidən açılır.

“Fransa 24”: Tarixin ən gənc (18 yaşında) astronavtı Oliver Daemen, 20 iyulda ABŞ milyarderi Jeff Bezos ilə kosmosa səyahət edəcək.

 “el-Düstur” (İordaniya Qəzeti): İsrail təhlükəsizlik qüvvələrinin güçlü dəstəyi Yəhudi məskunlaşanların Məscidül-Əqsanın bütün həyətlərinə istədikləri şəkildə daxill olmaq cəhdlərini artırır.

“el-Raye əl-Qatariyye” (Qətər Qəzeti): Livanda yeni hökuməti formalaşdırmaqla vəzifələndirilən Saad al-Hariri, bu vəzifədən imtina etdi.

“el-Qüds el-Arabi” (Ərəb - İngilis Qəzeti): Livanın paytaxtı Beyrutda, Saad al-Haririnin yeni hökuməti qurmaq vəzifəsindən imtina etdiyini açıqlamasından sonra aksiyaçılar bəzi yolları get-gələ bağlayıblar.

“El Pais”: (İspaniya) İspaniyada Xalq Partiyası (Partido Popular) və Vətəndaşlar (Ciudadanos) partiyası hökumətin planlaşdırdığı reformların, bəzi qanunlara dəyişiklik aparılaraq müzakirə edilməsini istəyirlər.

“El Mundo”: (İspaniya) İspaniya Milli Statistika İnstitutunun (INE) hesabatına görə 2020-ci ildə hər on İspaniya vətəndaşından biri dolanışını təmin edəbilmədi. Beləcə yoxsulluq seviyyəsi 2008-ci ildən sonra qeydə alınan ən yüksək seviyyəyə çatdı.

“TeleSur”: (Venesuela) Qvatemala Konstitusiya Məhkəməsi, prezident Alejandro Giammatteinin istefası tələbi ilə başlayan etiraz nümayişlərinin məhdudlaşdırılmasını nəzərdə tutan qərardan etiraz məqsədi ilə apellyasiy məhkəməsinə müraciət edilməsi qərarına gəlib.

“Bild.de”: Almaniyada daşqın fəlakətinin zərərləri artır. Alman Silahlı Qüvvələri (Bundesver) axtarış və xilasetmə əməliyyatları üçün fəlakət bölgələrinə daha 850 əsgər cəlb olunacağını bildirib.

“Frankfurter Rundschau”: İqlim dəyişikliyi qərbi Almaniyada və qonşu ölkələrdə olduğu kimi güçlü yağışların yağması və daşqın kimi ekstremal hava hadisələrinin artmasına səbəb olur.

“Deutsche Welle”: Alman kansleri Angela Merkelin ABŞ səfəri səmimi mesajlarla başladı. Johns Hopkins Universitetindən fəxri doktorluq dərəcəsi alan Merkel, ABŞ-Avropa əlaqələrinin sarsılmaz olduğunu ifadə edərkən, ABŞ Prezidenti Co Bayden da Merkelin sözünü təsdiqləyərək iki ölkə arasındaki münasibətlərin daimi olduğunu vurğulayıb.

“İzvestiya”: Əfqanıstan, Özbəkistan, ABŞ və Pakistan, Əfqanıstandakı sülh prosesini dəstəkləmək üçün yeni dördlü platform yaradmaq qərarına gəlib.

“RİA Novosti”: Ukraynanın Üçlü Təmas Qrupundakı (Ukrayna, Rusiya və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı) nümayəndəsi Aleksey Arestoviç Angela Merkelin Rusiyanı Ukraynadan üstün tutduğunu, bunun Ukraynanın maraqlarına xəyanət olduğunu bildirib.

 

 



Әlaqәli Xәbәrlәr