Xarici mətbuat, 18 iyun 2021

Dünya informasiya vasitələrində gündəmə dair əks edən xəbərlərdən başlıqlar

1660374
Xarici mətbuat, 18 iyun 2021

“Le Monde”: Kotdivuarın (Fildişi Sahili Respublikası) keçmiş Prezidenti Laurent Gbagbo on il sürgün həyatı yaşadıqdan sonra ölkəsinə qayıdıb.

“Fransa 24”: Fransa Prezidenti Emmanuel Macron kitab oxumağı milli davaya çevirir və seçki kampaniyasını başlatdığına dair iddiaları rədd edir.

“Le Soir”: Avro- 2020 oyunlarında Belçika millisi, Danimarkanı məğlub edərək (1-2), qrupdan çıxmağı zəmanət etdi.

“El-Düstur” (İordaniya qəzeti): İsrail ordusu Fələstinin Hebron şəhərində iki evi dağıdıb və daha 12 binanın dağıdılacağına dair xəbərdarlıq verib.

“el-Qüds el-Arabi” (Ərəb - İngilis qəzeti): İsrail təyyarələri Qəzza zolağındakı bəzi hədəflərə aviazirbələr endirib.

“el-Raya el-Qatariyye” (Qətər Qəzeti): ABŞ Prezidenti Co Bayden-a 75 ölkədən 680 beynəlxalq xüsusi və hüquqi şəxsin imzası ilə ünvanlanan məktubda Vaşinqtondan tələb edilib ki, İsrailin Fələstinlilərə təzyiqinin dayandırılması üçün lazımlı addımları atsın.

“Deutsche Welle”: Almaniyanın Müdafiə Naziri Annegret Kramp Karrenbauer Türk həmkarı Hulusi Akarı ilə görüşüb.

“dpa”: İqtisadçılara görə Almaniyanın iqtisadiyyatı yüksəlir

“RBK”: ABŞ Milli Təhlükəsizlik Məsləhətçisi Jack Sullivan, prezident Co Bayden-in rus həmkarı Vladimir Putinlə görüşündə çox səmimi rəftar sərgilədiyinə dair iddiaları təkzib edib və ABŞ liderinin insan haqları ilə əlaqəli bir çox mövzuda Rusiya lideri qarşısında qərarlılıq sərgilədiyini bildirib.

“Ria Novosti”: Rusiya Xarici İşlər Nazirliyi 17 Amerikalının hələ də Rusiya həbsxanalarında olduğunu bildirib.

“Lenta.ru”: Moskva Bələdiyyə Başçısı Sergey Sobyanin sözlərinə görə paytaxtda koronavirus epidemiyası ilə əlaqədar vəziyyət sürətlə pisləşir.

“El Mundo” (İspaniya): İspaniyada müəyyən bölgələrdə maska istifadəsinin məcburi olmaması məsələsi müzakirə edilir.

“El Pais” (İspaniya): Çindəki hava limanlarında istifadə edilən təsirli üz tanıma sistemləri, artıq bütün Avrozona ölkələrində olduğu kimi İspan hava limanlarında da istifadə ediləcək.

“El Nacional” (Venesuela): ABŞ, Kovid-19 əleyhinə mübarizə çərçivəsində bəzi ehtiyaclarını təmin edəbilməsi üçün Venesuelaya tətbiq edilən sanksiyaların yüngülləşdirilməsi qərarına gəlib.

 



Әlaqәli Xәbәrlәr