Xarici mətbuat, 2 iyun 2021

“Al-Quds Al-Arabi”, “Al-Dustour”, “Deutsche Welle”, “Süddeutsche Zeitung”, “Frankfurter Allgemeine Zeitung”, “Le Soir”, “Le Monde”, “Le Figaro”, “El Pais”, “El Mundo”, “El Nacional”, TASS, “Lenta.ru” və “Kommersant” nələrdən yazır?

1650085
Xarici mətbuat, 2 iyun 2021

 

Al-Quds Al-Arabi”: Bir İsrail veb saytının yazdığına görə, rəsmi Vaşinqton Netanyahunun İrana hücum etməsindən qorxaraq İsrail müdafiə naziri Benni Qantzı (Benny Gantz) ABŞ-a çağırdı.

Al-Dustour” (İordaniya): Fələstin Xarici işlər nazirliyi "Qeyri-qanuni  məskunlaşmaları dayandırmaq, qarşıdurmanı həll etmək rəsmi Vaşinqton üçün gerçək bir imtahan xüsusiyyəti daşıyır" deyə bildirib.

Deutsche Welle”: Egey - rəsmi Ankara və Afina qarşıdurmasız bir yay istəyir.

Süddeutsche Zeitung”: Almaniya NATO büdcəsinin artırılması planlarını dəstəkləyir.

Frankfurter Allgemeine Zeitung”: Rusiya müxalifət başçısı Andrey Pivovarov həbs olundu.

Le Soir” (Belçika): Avropa səhiyyə sertifikatı (peyvənd pasportu)  belçikalılar üçün səyahətləri asanlaşdıracaq telefon tətbiqi “covidsafe.be” 17 iyundan etibarən istifadəyə hazırdır.

Le Monde”: Əlcəzair 15 aydır bağlı qalan sərhədlərini qismən açır.

Le Figaro”: Terrorla mübarizə qanun layihəsi Fransa parlamentinin fövqəladə vəziyyətdən irəli gətirən tədbirlərini qalıcı edir.

El Pais” (İspaniya): Aparılan bir araşdırma orta və ya yüngül dərəcədə belə “Covid-19” keçirmiş adamlarda həyatları boyu antikor olacaqlarını ortaya qoyub.  

El Mundo” (İspaniya): Mərakeş üzərindən gələn yüzlərlə adam yenidən Seutadakı (Ceuta) İspaniya sərhədinə axışdı.

El Nacional” (Venezuela): Kolumbiyada koronavirusa qarşı edilən peyvənd sayı 10 milyonu keçdi.

TASS: Rusiya dövlət texnologiya şirkəti “Rostehin” idarə heyətinin (CEO) sədri Sergey Çemezov Avropa və ABŞ tərəfindən Rusiyaya qarşı tətbiq olunan sərt sanksiyaları müharibəyə bənzətdi.

Lenta.ru”: Rusiyanın dövlət borcu 20 trilyon rubla yaxınlaşdı.

Kommersant”: Sudan torpaqlarındakı Rusiya hərbi bazası ilə əlaqədar müqaviləni yenidən nəzərdən keçirəcəyini bildirdi.

 



Әlaqәli Xәbәrlәr