Xarici mətbuat, 5 may 2021

Xarici media vasitәlәrindә dәrc olunan bәzi xәbәrlәrin başlıqları.

1634214
Xarici mətbuat, 5 may 2021

"azertag.az": Anadolu agentliyi Ordumuzun PUA heyətlərinin təlim-məşq uçuşları barədə məlumat yayıb

"kaspi.az": Yeni Azərbaycan Partiyası ilə Türkiyənin Ədalət və İnkişaf Partiyasının birgə videokonfransı keçirilib

"El-Cəzirə (Qətər televiziyası): Prezident Rəcəb Tayyib Ərdoğan və Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz telefonla danışdılar. Telefon söhbətində ikitərəfli münasibətlər müzakirə edildi.

"el-Düstur" (İordaniya qəzeti): Livan və İsrail arasındakı dəniz sərhədlərinin müəyyənləşdirilməsi üçün danışıqlar yenidən başladı.

"el-Qüds el-Arabi (Ərəb - İngilis qəzeti): ABŞ-dakı Polis Derek Çauvin Afrika əsilli Corc Floydu öldürməkdə günahlandırıldıqdan sonra yenidən mühakimə edilməsini tələb edir.

"nex24.news": Müdafiə texnologiyası - Türkiyə özünün istehsal etdiyi  havadan müdafiə raketi "HİSAR-A"nı uğurla sınaqdan keçirdi.

"Deutsche Welle": Korona - Almaniya hökuməti koronavirus peyvəndi olanlarla xəstəlikdən sağalanlar üçün əsas hüquqların qaytarılmasını nəzərdə tutan fərmanı qəbul etdi.

"El Mundo" (İspaniya): Xalq Partiyası (PP) sol bölünmə üçün tarixi bir dönüş nöqtəsinə gəldi. Madrid şəhərində keçirilən regional seçkilərdə qalib gəldi.

"El País" (İspaniya): İspaniyada Unidas Podemos Partiyasının lideri Pablo İglesias Madriddə sol meyillilərin uğursuzluğundan sonra siyasətdən ayrıldığını açıqladı

"Telesur" (Venesuela): Kolumbiyada 28 apreldən bəri davam edən vergi əleyhinə islahatlara qarşı nümayişlərdə 19 nəfər öldü.

"Le Figaro": "Covid-19": Avropalıların dörddə biri ilk dəfə peyvənd edildi, ABŞ peyvənd kampaniyasını sürətləndirdi.

"Le Monde": Misir Fransadan 30 "Rafale" döyüş təyyarəsi aldığını təsdiqlədi.

"France 24": Fransada "Covid-19"a qarşı bu həftə 3 milyon insanın peyvəndlənməsi hədəflənir.

"RİA Novosti": ABŞ Dövlət katibi Entoni Blinken Rusiyaya beynəlxalq öhdəliklərini yerinə yetirməsi üçün təzyiq göstərməyə çağırdı.

"Lenta.ru": (ABŞ Müdafiə Nazirliyi) Pentaqon Rusiyanı Suriya böhranının həll mexanizmini pozmaqda günahlandırdı.

"Kommesant qəzeti": Rusiyanın “Vektor” virusologiya və biotexnologiya mərkəzi üç doza olaraq tətbiq ediləcək "EpiVakKorona" peyvəndinin klinika tədqiqatlarını həyata keçirir.



Әlaqәli Xәbәrlәr