Xarici mətbuat, 1 aprel 2021

Xarici media vasitәlәrindә dәrc olunan bәzi xәbәrlәrin başlıqları.

1612518
Xarici mətbuat, 1 aprel 2021

"azertag.az": Bu gündən Azərbaycan və Türkiyə vətəndaşları şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı səfər edə biləcəklər

"trend.az": Prezident İlham Əliyev: Dağlıq Qarabağ adında hazırda hər hansı bir ərazi vahidi yoxdur

"Elquds Alarabi": (BMT Baş Katibi Antonio) Quterres Omanın Yəməndəki vasitəçiliyini yüksək qiymətləndirdi və böhrana son qoyulmasının vacibliyini vurğuladı.

"Aljazeera": 18 Avropa ölkəsinin xarici işlər nazirləri Suriyadakı "müharibə cinayətləri" nin cəzasız qalmayacağı vədini verdi.

"Elraya": Qətər Suriyadakı mülki şəxslərə qarşı zorakılığı qınadı.

"Deutsche Welle": Qlobal məhsul ticarəti proqnozlardan daha sürətli bərpa olunur

"Der Spiegel": Almaniyada son qanunvericilik dövründə 18 millət vəkilinin toxunulmazlığı ləğv olundu

"Tagesschau": Aİ ölkələri peyvənd hədəflərini reallaşdıra bilmədi

"Le Figaro": "Covid-19": (Fransa prezidenti) Emmanuel Makron böhrana nəzarət edilməsində "səhv etdiyini" etiraf etdi

"Le Parisien": "Covid-19" əleyhinə peyvənd: (Fransa prezidenti Emmanuel) Makron tərəfindən verilən təqvim tibb işçilərini qəzəbləndirdi

"Le Monde": (Vətəndaşlıq məsələləri üzrə dövlət naziri) Marlene Şiappa Dünyəvilik Rəsədxanasının (başqa bir qurumla) əvəz ediləcəyini Senatda təsdiqlədi.

"El País" (İspaniya): Aİ birinci rüb üçün planlaşdırdığı peyvəndetmə hədəflərini reallaşdıra bilmədi

"Infobae" (Argentina): Braziliyada hərbi böhran: (Braziliya prezidenti) Jair Bolsonaro Silahlı Qüvvələrin yeni komandanlarını təyin etdi

"La Tercera" (Çili): (ABŞ) Baltimor fabrikində səhvə yol verilməsi nəticədə "Johnson & Johnson" peyvədinin 15 milyon dozası xarab olub.

"RİA Novosti": Avropa İttifaqının (Aİ) Xarici Siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali komissarı Cozep Borell rəsmi Moskvanın ölkədəki etiraz aksiyalarına qatılan üç avropalı diplomatı ölkədən çıxarma qərarını bir hücum kimi qiymətləndirib.

"Gazeta.ru": İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsanın Rifahı üzrə Federal Müşahidə Xidmətinin (Rospotrebnadzor) nümayəndəsi Rusiya Federasiyasındakı koronavirus epidemiyasının avqust ayına qədər bitə biləcəyini söylədi.

"Kommersant": ABŞ Rusiya ilə Kiyevdən gələn Rusiya ordusunun Ukrayna sərhədindəki fəallığına dair məlumatları müzakirə etdi.

 



Әlaqәli Xәbәrlәr