Xarici mətbuat, 30 mart 2021

Xarici media vasitәlәrindә dәrc olunan bәzi xәbәrlәrin başlıqları.

1610964
Xarici mətbuat, 30 mart 2021

"azertag.az":Azərbaycan vətəndaşları aprelin 1-dən Türkiyəyə biometrik şəxsiyyət vəsiqəsi ilə səyahət edə biləcəklər

"trend.az": XİN Türkiyəyə şəxsiyyət vəsiqəsi ilə səfərlə bağlı vətəndaşlara müraciət edib

"Deutsche Welle": Türkiyə ilə Avropa İttifaqı (Aİ) arasındakı yumşama siqnallarından sonra Avropa Şurasının sədri Mişel ilə Komissiyanın sədri von der Leyen gələn həftə Ankarada Prezident Rəcəb Tayyib Ərdoğanla bir araya gələcək.

"Nachrichten.at": Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə dünyada mövcud peyvənd dozalarının üçdə iki hissəsi 10 ölkədədir.

"Tagesschau.de": Almaniyada pərakəndəçilərdən iqtisadiyyatı inkişaf etdirmək üçün hərkəsə hökumətdən 500 avro hədiyyə istəyi.

"el-Düstur" (İordaniya qəzeti): Misir prezidenti Abdülfettah əl-Sisi torpağa oturan gəminin üzdürülməsilə Süveyş kanalındakı gəmi böhranının sona çatdığını açıqladı.

"el-Quds el-Arabi (Ərəb - İngilis qəzeti): İsrail polisi Hayfa şəhərində bıçaqla hücum etməyə çalışdığı iddia edilən bir fələstinlini şəhid etdi.

"el-Raye el-Qatariyye (Qətər Qəzeti): Qətər əmiri Şeyx Təmim bin Həməd əl Tani Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman ilə iki ölkə arasındakı qardaşlıq əlaqələrini gücləndirməyin yollarını müzakirə etdi.

"Le Monde": Ümumi Təhlükəsizlik Qanunu: (Fransada) millət vəkilləri və senatorlar qanunun sürətlə qəbul edilməsi üçün razılıq əldə etdilər.

"Le Figaro": Myanmar: Paris rejimin "kor və ölümcül şiddətini" tənqid etdi.

"Le Parisien": Calaisdəki immiqrantlar: (Fransız) məhkəməsi (Calais) bələdiyyəsinin ərazinin boşaldılması ilə bağlı istəyini rədd etdi.

"El Pais" (İspaniya): İspaniyada Sosial Sığorta Təşkilatının 2020-ci ildə tarixindəki ən böyük kəsiri baş verdi

"El Mundo" (İspaniya): Bir araşdırmaya görə, İspaniyada səhiyyə işçilərinin peyvəndlənməsindən sonra bu qrupdakı yoluxma və ölüm sayının kəskin azaldığı müşahidə edildi.

"El Nacional" (Venesuela): Kuba 124 min səhiyyə işçisi üzərində yeni hazırlanmış "Covid-19" peyvəndini sınaqdan keçirəcək.

"russian.rt.com": Kremlin sözçüsü Dimitri Peskov: "Rusiya prezidenti Vladimir Putin ABŞ-ın Rusiya ilə güc mövqeyindən danışmasına icazə verməyəcək.

"TASS": Avstraliya Krımdakı fəaliyyətlərinə görə dörd Rusiya şirkətinə və bir Rusiya vətəndaşına qarşı yeni sanksiyalar elan etdi.

"Gazetem.ru": Rusiya "Sputnik V" peyvəndi istehsalı üçün Çin ilə razılaşdı.



Әlaqәli Xәbәrlәr