Xarici mətbuat, 4 mart 2021

“Libération”, “France 24”, “Le Soir”, “El País”, “El Diario”, “La Tercera”, “Eldustour”, “Elraya”, “Elqudus”, “Deutsche Welle”, “Bild.de” və “Frankfurter Allgemeine Zeitung” bu gün nələrdən yazır?

1594703
Xarici mətbuat, 4 mart 2021

 

“Libération”: Fransada “Covid-19” tədbirləri çərçivəsində yeni qərarlara əsasən, həftə sonları küçəyə çıxma qadağasının tətbiq olunacağı tək yer ölkənin şimal küncündə yerləşən Pa-da Kala (Pas-de-Calais) şəhəridir.

“France 24”: Beynəlxalq Cəza Məhkəməsi (UCM) Fələstin torpaqlarında müharibə cinayətlərilə bağlı istintaqa başladı.

“Le Soir”: Sabiq Fransa prezidenti Nikolas Sarkazi (Nicolas Sarkozy) "Siyasətə geri dönmə iradəm yoxdur" dedi.

“El País” (İspaniya): Avropa İttifaqı (Aİ) ictimai sektorda müvəqqəti olaraq məşğulluğu azaltmaqla bağlı İspaniyaya təzyiq edir.

“El Diario” (Bolivya): Bolivya bir gün içərisində ölkənin müxtəlif yerlərində 28 adamın faciəvi şəkildə həyatını itirməsinin hüznünü yaşayır.

“La Tercera” (Çili): Amerika Birləşmiş Ştatlarının Texas və Mississippi əyalətlərində maska istifadə edilməsi artıq zəruri olmayacaq.

“Eldustour”: Braziliya və Meksikada “Covid-19” səbəbindən rekord ölü sayı var və mayda bütün amerikalılar icbari peyvənd olmalıdır.

“Elraya”: Qətər ortaq ərəb hərəkatını çoxaltma çağırışı edir.

“Elqudus”: Ərəb Liqasının baş katibi Əhməd Aboul Qeyt deyib: "Ərəb ölkələri Fələstin məsələsiylə maraqlanan hər Amerika rəhbərliyinə müsbət yaxınlaşacaq."

“Deutsche Welle”: Almaniyada pandemi üzündən 25 min iş yeri iflasın eşiyindədir.

“Bild.de”: Almaniya kansleri Angela Merkel “Covid-19” məhdudlaşdırmalarını 28 marta qədər uzatdı.

“Frankfurter Allgemeine Zeitung”: İsveç polisi bıçaqlı hücumdan sonra terror şübhəsi üzərində dayanır.



Әlaqәli Xәbәrlәr