Xarici mətbuat, 18 fevral 2021

Xarici media vasitәlәrindә dәrc olunan bәzi xәbәrlәrin başlıqları.

1585895
Xarici mətbuat, 18 fevral 2021

"azertag": ABŞ Azərbaycanlılar Şəbəkəsi Xocalı qətliamının 29-cu ildönümü ilə əlaqədar məlumatlandırma kampaniyası keçirir

"kaspi.az":Türkiyə 2015-ci ilin iyulundan indiyədək 17 750 terrorçu zərərsizləşdirib, 1259 şəhid verib

"Frankfurter Allgemeine Zeitung": Aİ Komissiyası ABŞ-da peyvənd istehsalçısı "Moderna" ilə ümumi olaraq 300 milyon doza "Covid-19" əlayhinə  peyvənd alınması üçün yeni saziş imzalayıb.

"Deutsche Welle": ABŞ seçkilərindən sonra NATO Müdafiə Nazirləri ilk dəfə yığıncaq keçirir.

"Handelsblatt": Avropa avtomobil bazarı koronavirus epidemiyası səbəbindən çətin dövrdən keçir.

"Le Parisien": "Ayrı-seçkilik" qoyan qanun layihəsi: Sərhədsiz Jurnalistlər (Fransız) Senatıdan mətbuat azadlığını zəmanət altına almağa çağırdı

"Le Monde": İslamçı sol meyl: (Fransız) Milli Elmi Tədqiqat Mərkəzinə (CNRS) görə, bu ifadənin "heç bir elmi əsası yoxdur"; (Ali Təhsil və Araşdırma naziri) Frédérique Vidal təzyiq altında 

"Le Figaro": Avropalılar və amerikalılar İran nüvə sazişinin qüvvədə olması barədə danışırlar

"El País" (İspaniya): Rep sənətçisi Pablo Haselin həbsinə etirazlar dünən günortadan sonra Madridə yayıldı (Kral Ailəsini təhqir etdiyinə görə həbs olundu)

"La Vanguardia" (İspaniya): İspaniyanın Xalq Sağlamlığı Komissiyası 45 ilə 55 yaş arası vətəndaşları "AstraZeneca" vaksini ilə peyvənd etməyi tövsiyə edib

"Infoabae" (Argentina): Pan Amerika Səhiyyə Təşkilatı Venesuelanın "Covid-19"a qarşı "Covax" vaksini almaq üçün 18 milyon dollar avans ödəməli olduğunu bildirdi.

"Al-Jazeera": İsraildə uzun müddət gözlədikdən sonra ABŞ Prezidenti Co Bayden ilə İsrailin Baş naziri Binyamin Netanyahu arasında ilk telefon danışığı reallaşıb.

"Al-Raya" (Qətər): Türkiyədəki  turizm fermaları ziyarətçilərin diqqətini çəkir

"Al-Quds Al-Arabi: Birləşmiş Ərəb Əmirliklərinin İsrail Səfirliyi paylaşdığı İbranicə tvitlə "Twitter" hesabını istifadəyə verdi

"Kommersant": Ukraynanın "Naftogaz" qaz şirkətinin rəhbəri "Şimal Axını-2" qaz kəmərinin tikintisinin dayandırılmasının ukraynalılar üçün "ölüm-olum məsələsi" olduğunu dedi. Onun sözlərinə görə, layihənin başa çatması Ukraynanı “Rusiya təcavüzkarlığına qarşı” daha həssas edəcəkdir.

"RİA Novosti": 2021-ci ildə 30-dan çox Rusiya bankı lisenziyasını itirə bilər.

"TASS": Moskva həbsdə olan müxalif siyasətçi Aleksey Navalnının dərhal sərbəst buraxılması üçün AİHM-nin (Avropa İnsan Haqları Məhkəməsi) tələbini Rusiya Federasiyasının daxili işlərinə müdaxilə kimi qiymətləndirir.



Әlaqәli Xәbәrlәr