Xarici mətbuat, 08 fevral 2021
Xarici mətbuat və veriliş orqanlarında gündəmə dair əks olan xəbərlərdən başlıqlar

“Bild.de”: Almaniyanın şimal əraeziləri saatda sürəti 100 kilometrə çatan fırtına və şaxtanın təsiri altında qalıb. Güclü qar bəzi bölgələrdə davam edir. “Spiegel.de”: Cənubi Afrika koronavirus əleyhinə peyvənd tətbiqini dayandırdı. peyvəndin mutasiyaya uğramış ştammlarının virusa qarşı təsirli olub olmadığının bəlli olmaması səbəb göstirilib.
“Süddeutsche Zeitung”: 10 fevralda Almaniya kansleri Angela Merkel və əyalət baş nazirləri arasında baş tutacaq görüşdə koronavirus əleyhinə tədbirlərin yüngülləşdirilməsi məsələsi müzakirə edilərək konkret qərar qəbul ediləcək.
“Al-Raya Al-Katariya” (Qətər): Ümumdünya Səhiyyə Təşkilatı peyvənd istehsal edən ölkələrdən istehsallarını artırmağı tələb edib.
“VATAN” (Umman): İran sanksiyalar səbəbindən təxminən 100 milyard dollar itirib.
“El-Mustakbal”: (Livan): Oman, koronavirus tədbirləri çərçivəsində quru yollarının bağlınmasına dair qərarın qüvvədə qalma müddətini uzltdı.
“Le Figaro”: Fransa 1960-cı illərdə Əlcəzairdəki nüvə sınaqlara görə məsuliyyəti üzərinə götürməlidir.
“Le Monde”: Amnesty International Fransada nümayişlər zamanı məsum insanların nəzarətə götürülməsini qınadı.
‘Le Parisien’: Cənubi Afrika və Braziliyada koronavirusun mutasiya ştammlarının yayılması səbəbilə Fransada məktəblərdə karantin qaydaları sərtləşdirilir.
“EFE Agentliyi”, İspaniya: İspaniyada koronavirus hadisələri azalır. peyvənd tətbiqinə başlandıqdan sonra immunlaşdırmada irəliləyiş qeydə alınıb.
“El Comercio”, Ekvador: Ekvadorda baş tutan prezident seçkilərinin ikinci turu keçiriləcəyi təxmin edilir
“El País”, İspaniya: Üç kosmik gəmisi Mars planetinə eniş edir. Marsa çatacaq üç ölkənin (Birləşmiş Ərəb Əmirlikləri, ABŞ və Çin) məqsədi planetin iqlimini daha yaxşı bilmək və həyatın izlərini tapmaqdır.
“Gazeta.ru”: Kremlin sözçüsü Dmitri Peskova görə yayda dünyada Kovid-19-a qarşı immunitet nisbəti 60%-a çatacaq. Peskov Maska istifadəsinin Avqustda sona çatabiləcəyinin ehtimal olduğunu da qeyd edib.
“TASS Agentliyi”: Rusiya Xarici İşlər Nazirliyi, Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Yüksək Nümayəndəsi Josep Borrell-in Moskvada təşkil edilən mətbuat konfransındakı sözləri ilə Brüsselə qayıtdıqdan sonra Rusiya səfərinə dair açıqlamaları arasında ziddiyyət olduğunu bildirib.
“RİA Novosti” Agentliyi: Rusiya, Yunanıstan və Sinqapur arasında reyslər yenidən bərpa edildi.
Әlaqәli Xәbәrlәr

Xarici mətbuat, 27 avqust 2021
Dünya informasiya vasitələrində gündəmə dair dərc olmuş xəbərlərdən başlıqlar