Xarici mətbuat, 29 yanvar 2021

Dünya informasiya vasitələrində gündəmə dair əks olunmuş bəzi xəbərlərin başlıqları

1573473
Xarici mətbuat, 29 yanvar 2021

“Deutsche Welle”: Almaniyada qaçqınların lehinə siyasət izlədiyinə görə öldürülən Kassel Valisi Walter Lübcke ilə bağlı məhməkə hökmü açıqlandı. Lübckeni qətl edən Stephan Ernst ömürlük həbs cəzasına məhkum edildi.

“zdf.de”: Alman hökuməti mutasiyaya uğramış virusun yayıldığı ölkələrdən gələnlərə qapılarını bağlamağı planlaşdırır.

“ard.de”: Almaniya Peyvənd Komissiyası “AstraZeneca”-nın Kovid-19 peyvəndinin 65 və yuxarı yaşdakı insanlara tətbiq edilməməsini məsləhət görüb.

“Al-Quds Al-Arabi”: İngiltərə Birləşmiş Ərəb Əmirliklərindən gələn sərnişinlərin ölkəyə girişini qadağan etdi.

 “Al-Quds Al-Arabi”: Birləşmiş Millətlər Təşkilatının Baş katibi António Quterres: Fələstin xalqının öz müqəddəratını təyinetmə və müstəqillik hüququna hörmət edilməlidir.

 “Al-Dustur” (İordaniya): Vaşinqton nüvə razılaşmasına qayıtmaq İranın öhdəliklərini yerinə yetirməsindən asılıdır deyib.

“Al-Raya” (Qətər): Əfqanıstandakı Müstəqil İnsan Hüquqları Komissiyasının hesabatına görə 2020-ci ildə mülki itki sayı 2019-cu ilə müqayisədə 21% azalıb.

“La Tercera”, (Çili): Çinin Sinovac laboratoriyalarında istehsal edilən “CoronaVac” peyvəndlərinin ilk hissəsi Çiliyə çatdı.

“El Mundo”, İspaniya: Avropa İttifaqı peyvənd ixracını qadağan edə biləcək bir tədbir həyata keçirir.

“El País”, İspaniya: Koronavirus epidemiyasının ilk ilində İspaniyada işsizlik nisbəti 16,3%-ə yüksəldi.

“Le Parisien”: (Fransada): Hökumət yoxsul bölgələrdə 3,3 milyard avro investisiya həyata keçirəcəyini vəd etdi.

“Le Figaro”: Barkhane (Fransız qüvvələrinin Sahel bölgəsindəki əməliyyatı): Amerika Birləşmiş Ştatları Müdafiə Nazirliyi (Pentaqon) Parisə heç bir dəstək vəd etmir.

“Le Monde”: Fransada cinsi və ailədaxili cinayətlər istisna olmaqla digər cinayətlərin azaldığı qeydə alınıb. Bunda 2020-ci ildə koronavirus səbəbindən tətbiq olunan karantinalar təsirli olub.

“RİA Novosti”: Rusiyadakı ali təhsil müəssisələri 7 fevraldan etibarən üzbəüz təhsilə başlaya bilərlər.

“İnterfaks”: Ukrayna prezidenti Vladimir Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının Rusiyanın bəzi xüsusi və hüquqi şəxslərinə sanksiya tətbiq etmə qərarını təsdiq etdi.

“Regnum”: Russia Today baş redaktoru Margarita Simonyan, Ukraynanın şərqində müstəqilliyini birtərəfli qaydada elan edən iki “respublika” Rusiya ərazisinə daxil edilsin deyib.



Әlaqәli Xәbәrlәr