Xarici mətbuat, 27 yanvar 2021

Dünyan informasiya vasitələrində gündəmə dair əks edən bəzi xəbərlərin başlıqları

1571883
Xarici mətbuat, 27 yanvar 2021

“Le Parisien”: Keçən ay “Paris Saint Germain” (PSG) ilə oynanan matçda irqçi hücuma məruz qalan Başakşehir komandasının ikinci məşqçisi Pierre Webo, PSG-nin keçmiş məşqçisi Thomas Tuchelin hadisəyə biganə qalmasını tənqid edib.

“Le Monde”: Avropa İttifaqı Kovid-19 əleyhinə peyvənd istehsalçıları öhdəlikləri barədə xəbərdar edib.

“Fransa 24”: Fransada müəllimlər, tələbələr və məktəb tibb bacıları hökumətin epidemiya əleyhinə izlədiyi siyasətdən etiraz məqsədiylə aksiya keçiriblər.

“El-Quds el-arabi” (Ərəb - İngilis Qəzeti): Vaşinqton rəhbərliyi Fələstin ilə İsrail arasında iki dövlətli həll yolunu dəstəklədiyini bildirib.

“El-Raye el-Qatariyye” (Qətər qəzeti): Qətər əmiri Şeyx Təmim ibn Həməd Əl-Sani Səudiyyə Ərəbistanı Kralı Salman ibn Əbdüləzizə, Şahzadə Tarfe bint-i Səud ibn Əbdüləzizin vəfatı münasibətiylə başsağlığı mesajı göndərib.

 “Ed-Düstur” (İordaniya Qəzeti): BMT Baş Katibi Antonio Quterres Dünyanın əsrin ən qeyri adi iqtisadi böhranının yaşandığını bildirib.

“Deutsche Welle”: Koronavirusun mutasiyaya uğraması Almaniyada narahatlığa səbəb olub. Mütəxəssislərə görə bu dəfə isti havalarda belə epidemiyanın yayılması azalmaya bilər.

“Süddeutsche Zeitung”: Alman Kansleri Angela Merkel və ABŞ Prezidenti Co Bayden arasında ilk telefon danışığı baş tutub: Berlində gözləntilər yüksəkdir.

“Bild.de”: Koronavirusun motasiyaya uğraması səbəbindən Alman Kansleri Angela Merkel səyahətin məhdudlaşdırmasını tələb edir.

“El Mundo” (İspaniya): Kovid-19 səbəbiylə dərslərdə iştirak edə bilməyən şagird sayında artım, müəllimləri və valideynləri narahat edir

“La Vanguardia” (İspaniya): Beynəlxalq Valyuta Fondunun qarşıdakı illər üçün proqnozlarına görə İspaniya iqtisadiyyatı gözləniləndən xeyli az böyüyəcək “Telesur” (Venesuela): Venesuela Prezidenti Nicolás Maduro bu həftə yerli koronavirüs müalicəsində istifadə edilən “Corvativir” dərmanının istehsalına başladığını bildirib.

“Kommersant”: Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın yeni Prezidenti Co Bayden ilə ilk telefon danışığını reallaşdırıb.

“RİA Novosti”: Rusiya Prezidenti Vladimir Putin Yeni Strateji Silahların ixtisarı Müqaviləsinin uzadılması qərarını Dumaya təqdim edib.

“TASS”: Rusiya Vyetnam, Hindistan, Finlandiya və Qətər ilə keçən il pandemiya səbəbi ilə dayandırılmış müntəzəm uçuşlarını bərpa etdi.



Әlaqәli Xәbәrlәr