Xarici mətbuat, 15 yanvar 2021

Xarici mətbuat və veriliş orqanlarında gündəmə dair dərc olunmuş xəbərlərdən başlıqlar

1564192
Xarici mətbuat, 15 yanvar 2021

“Spiegel.de”: 20 Yanvarda vəzifəsinə başlayacaq olan ABŞ Prezidenti Joe Biden Koronavirus əleyhinə mübarizədə istifadə olunmaq üzrə 1.9 Trilyon dollarlıq vəsait planlaşdırır.

“Deutsche Welle”: Yarımkeçirici məhsulların olmaması avtomobil istehsalı qarşısında problem kimi dayanır.

“ard.de”: Almaniya kansleri Angela Merkel vaxt itirmək istəmir. O daha yoluxucu olan motasiyaya uğramış koronavirus əleyhinə mübarizə məqsədiylə ştat baş nazirləri ilə bir araya gələrək sərt tədbirlərin həyata keçirilməsi mövzusunu müzakirə etmək istəyir.

“Eldustour”: Dünya Səhiyyə Təşkilatına görə Pandemiyanın ikinci ili daha sərt ola bilər.

“Elqudus”: İsrail torpaqlarını qorumağa çalışan Fələstin xalqından intiqam alır.

“Elvatan”: Küveyt neftinin qiyməti artır.

“El País” (İspaniya): Koronavirus epidemiyasında üçüncü dalğa Milad tətilindən bəri sürətlə yayılır. Eləki yoluxmuşların sayı üç dəfə, xəstəxanalara yerləşdirilənlərin sayı iki dəfə artıb.

“Prensa Latina” (Kuba): Argentina Prezidenti Alberto Fernandez abortun azad olunmasına dair qəbul edilən qanunu təsdiqlədi.

“Infobae” (Argentina): İran rejimi Venesuela ordusunun təlimi məqsədiylə bu ölkəyə zabitlər göndərdi.

“Fransa 24”: Fransada koronavirus əleyhinə mübarizə çərçivəsində bəzi bölgələrdə saat 18-dən sonra tətbiq edilən komendant saatı şənbə günündən etibarən ölkənin bütün ərazilərində tətbiq ediləcək.

“Le Monde”: Braziliya Prezidenti Jair Bolsonaro Fransa Prezidenti Emmanuel Macronu axmaq açıqlamalar verməkdə günahlandırıb.

“Le Soir” (Belçika): ABŞ Federal Təhqiqat Bürosu (FTB), Joe Biden-in Prezidentlik vəzifəsini təhvil alacağı 20 yanvarda şiddət hadisələrinin yaranabiləcəyi ehtimalından narahatdır.

“Lenta.ru” (Rusiya): Twitter Rusiya tərəfindən koronavirus əleyhinə peyvənd hazırlayan 'Sputnik V' şirkətinin hesabını blokladı.

“TASS” Agentliyi: 2020-ci ildə iflas olan Rusiya vətəndaşları və fərdi sahibkarların nisbəti təxminən 73% artdı.

“RIA Novosti” Agentliyi: Buryat Respublikasının valisi Alexey Tsydenov yerli hökuməti istefaya göndərdi.



Әlaqәli Xәbәrlәr