Xarici mətbuat, 08 yarvan 2021
Xarici media vasitələrində dünya gündəminə dair əks edən xəbərlərdən başlıqlar
“La Vanguardia” (İspaniya): ‘Kovid-19’ əleyhinə peyvəndi ilə normallaşmanın mümkün olmayacağına inanan İspan cəmiyyətinin yarıdan çoxu epidemiyaya qarşı mübarizə çərçivəsində daha sərt tədbirlərin həyata keçirilməsini istəyir. “El Universal” (Meksika): Amerika Birləşmiş Ştatlarının (ABŞ) Meksikadakı səfiri Christopher Landau Senat basqınına münasibət bildirib. O: “Bu hadisə ABŞ-nın siyasi mədəniyyətini və dəyərlərini təmsil etmir”.
“Clarin” (Argentina): Rusiyanın hazırladığı Kovid-19 əleyhinə peyvəndin iki dozasını da vurulan argentinalı tibb bacısı epidemiyaya yenidən yoluxub. Səbəbi araşdırılır.
“Eldostour”: Dünya Səhiyyə Təşkilatının məlumatına görə "ilk İngiltərədə aşkarlanan mutasiyaya uğramış Kovid-19 növü 22 Avropa ölkəsində qeydə alınıb.
“Elraya”: Qətər hava yolları (Qatar Airways) Səudiyyə Ərəbistanının hava məkanından uçuşları yenidən bərpa etdi.
“Elqudus”: ABŞ Prezidenti Donald Tramp, konqres basqınını qınayıb və prezidentlik vəzifəsini problamsiz təhvil verəcəyini qeyd edib.
“Süddeutsche Zeitung”: ABŞ Prezidenti Donald Trampın vəzifədən kənarlaşdırılmasına dair çağırışlar artaraq davam edir.
“Deutsche Welle”: ABŞ-ın yeni prezidenti Joe Biden Tramp tərəfdarlarının Konqres binasına etdikləri basqının əsas günahkarının Tramp olduğunu ifadə edərək nümayişçiləri "daxili terrorçular" olaraq xarakterizə edib.
“Tagesschau.de”: Almaniyada elektrikli avtomobil satışlarında keçən ilə müqayisədə 206% artım qeydə alınıb.
“Krasnaya Vesna” Xəbər Agentliyi: BioNTech peyvənd istehsalının artması nəticəsində Türkiyə Hökuməti ölkəyə peyvənd tədarükünü artıracaq.
“İzvestiya” qəzeti: ABŞ Nümayəndələr Palatasının prezidenti Nancy Pelosi, Kapitoliyə hücumu, Trampın Putinə hədiyyəsi olaraq xarakterizə edib.
“Ria Novosti” Agentliyi: Ukrayna karantin tədbirlərini sərtləşdirdi. Buna Kovid-19-un yayılma təhlükəsi səsəb göstərilib. Sərtləşdirilmiş tədbirlər bu gün həyata keçirilib.
“Le Figaro”: Fransanın Cənub-qərb ərazilərində quş qripinin qeydə alındığı təsərrüfatların sayı iki dəfə artıb.
“Le Monde”: Donald Tramp, vəzifəsini problemsiz təhvil verəcəyini açıqlayıb.
“Fransa 24”: ABŞ Prezidenti Donald Trampa istefa çağırışları artaraq davam edir.
Әlaqәli Xәbәrlәr
Xarici mətbuat, 27 avqust 2021
Dünya informasiya vasitələrində gündəmə dair dərc olmuş xəbərlərdən başlıqlar