Xarici mətbuat, 5 yanvar 2021

Xarici mətbuat və veriliş orqanlarında dünya gündəmindəki mövzuların başlıqları

1557517
Xarici mətbuat, 5 yanvar 2021

“Yeniçağ” Azərbaycan: ABŞ-da Demokrat konqresmenlər Ted Lyu və Ketlin Rays Donald Trampa qarşı cinayət işinin açılması ilə bağlı Fedral Təhqiqat Bürosuna (FTB) məktubla müraciət ediblər.

“525-ci qəzet” : Gürcüstanda koronavirusun yeni növü aşkarlanıb.

“El-Quds El-Arabi” (Ərəb - İngilis qəzeti): Səudiyyə Ərəbistanı ilə Qətər arasında quru, dəniz və hava sərhədləri bu axşam etibarilə açıldı.

“El-Raye el-Qatariyye” (Qətər Qəzeti): Qətər Əmiri Şeyx Təmim bin Həməd Əl-Sani, Körfəz Əməkdaşlıq Şurası Sammitində iştirak edəcək Qətər nümayəndə heyətinə rəhbərlik edəcək.

“El-Düstur” (Jordan qəzeti): Amerika Birləşmiş Ştatları (ABŞ) Müdafiə Nazirliyi (Pentaqon) “USS Nimitz təyyarə gəmisinin Körfəzdə qalacağını bildirib.

“T-online.de”: Almaniya yeni növ koronavirus (Kovid-19) tədbirləri çərçivəsində tətbiq edilən karantin  müddətini Yanvar ayının sonuna qədər uzadır.

“dpa”: Turizm üçün ağrılı nəticə - Korona pandemiyası səyahət sənayesini 1990-cı il səviyyəsinə düşürdü.

“Nachrichten.at” (Avstriya): İngiltərə və Cənubi Afrikada mutasiyaya uğramış virüs növü Avstriyada da aşkarlanıb.

“Le Figaro”: Boris Conson Britaniyada koronavirusa qarşı tədbirləri daha da sərtləşdirdi.

“Le Monde”: Fransada vaksinasiya prosesinin ləng getməsi iqtisadi dirçəliş üçün təhlükə yaradır.

“Fransa 24”: Fransa bir çox qonşusundan fərqli olaraq məktəbləri yenidən açır.

El País (İspaniya): Kataloniya korona epidemiyasının yayılması səbəbindən bütün bələdiyyələrin fəaliyyətini 10 gün dayandırır.

“El Mundo” (İspaniya): Bir həftə əvvəl İspaniyanın təmin etdiyi 360 min doza peyvənd, plansızlıq və tibb bacılarının az olması səbəbindən istifadə edilmədi.

“El Milenio” (Meksika): Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının yeni müvəqqəti üzvü Meksika, Təhlükəsizlik Şurasında silahların nəzarəti mövzusunu gündəmə daxil edəcək.

“İzvestiya Qəzeti”: ABŞ, Rumıniyada Silahlı pilotsuz uçuş aparatı MQ-9 Reaperlər yerləşdirdi.

“Kommersant qəzeti”: Rusiyada 2020-ci ildə korrupsiya ittihamı ilə verilmiş cərimələrin məbləği 31 milyard rubla (təxminən 420 milyon dollar) çatdı.

“Lenta ru”: Rusiyada aparılan bir sorğu nəticəsinə görə xalqın 33% 2021-ci ildə işini itirməkdən, 27%-si pul çatışmazlığından, 11%-i isə 2021-ci ilin ötən ilə müqayisədə daha sıxıntılı il olabiləcəyindən təşviş duyur.



Әlaqәli Xәbәrlәr