Xarici mətbuat, 04 yanvar 2021

Xarici media vasitələrində dünya və Türkiyə gündəminə dair dərc olunan xəbərlərin xülasəsi

1556877
Xarici mətbuat, 04 yanvar 2021

“Al-Rayan Al-Katariya” (Qətər): Türkiyənin koronavirus (Kovid-19) əleyhinə inkişaf etdirdiyi yerli peyvənd aprel ayında istifadəyə hazır olacaq.

“VATAN” (Oman): Oman Səhiyyə Nazirliyi ölkədə 7 min 600 nəfərə koronavirus peyvəndin vurulduğunu və indiyə qədər mənfi təsir müşahidə olunmadığını bildirib.

“El-Mustakbal” (Livan): Livan Səhiyyə Nazirliyinin məlumatına görə dünən tətbiq edilən koronavirus testləri nəticəsində 2 min 870 hadisə qeydə alınıb. 10 nəfər həyatını itirib.

“El Pais”: (İspaniya) İspaniya və İngiltərə Brexitdən sonra (Britaniyanın Avropa İttifaqından çıxması) hərbi əməkdaşlıq müqaviləsi bağlayırlar.

“El Mundo”: (İspaniya) İspanların 70-% Nümayəndələr Konqresində qəbul edilən evtanaziya qanununu dəstəkləyir.

“TeleSur”: (Venesuela) Kolumbiyanın paytaxtı Boqotada Kovid-19 hadisələrinin artması səbəbindən 5 yanvar tarixindən etibarən yenidən karantin prosesi başladılacaq və 18 yanvar tarixinədək davam edəcək.

 “ZDF Online”: Almaniyada 2021-ci ildə keçiriləcək ümumi seçkilərə əlavə olaraq, altı əyalətdə dövlət məclisinə seçkilər keçiriləcək.

“Deutsche Welle”: Almaniya hökuməti 2020-ci ildə Yəmən və Liviya kimi qarşıdurmalara səhnə olan ölkələrə və ya bu ölkələrə tərəf olanlara bir milyard avrodan çox silah ixraca edilməsinə icazə verdi.

“T-Online”: Alman viroloq Christian Drosten, 2021-ci ilin ilk yarısında koronavirus səbəbiylə “mürəkkəb vəziyyət" yaşana bilər.

“Le Figaro” (Fransa): Bir araşdırmanın nəticələrinə görə Fransızların əksəriyyəti (Kovid-19) əleyhinə peyvəndə müxalifdir.

“Le Soir” (Belçika): Peyvənd kampaniyası Belçikada başladı. İştirak nisbəti proqnozlardan daha yüksəkdir.

“Tribune de Genève” (İsveçrə): İsveçrədə peyvənd kampaniyasının başladılmamasına reaksiya verilib.

“TASS Agentliyi”: ABŞ Dövlət Katibi Mike Pompeo Donald Tramp dövründə daha əvvəlki hökumətlərə müqayisədə Rusiyaya qarşı daha sərt siyasət izlənildiğiyin bildirib.

“Lenta.ru”: Xorvatiya, Rusiyanın Avropadakı qaz hökmranlığına zərbə vurdu, 2021-ci il yanvarın 1-də ABŞ-dan maye qaz almağa başladı.

“RİA Novosti Agentliyi”: Bir qrup elm adamı və arxeoloq, Türkiyənin qərbində yerləşən Urla-Çeşme yarımadasında 2500 illik Afrodita məbədinin qalıqlarını gün işığına çıxarıb.



Әlaqәli Xәbәrlәr