Xarici mətbuat, 17 dekabr 2020

Xarici media vasitələrində Türkiyə və dünya ölkələrinə dair əks edən xəbərlərin xülasəsi

1547305
Xarici mətbuat, 17 dekabr 2020

“El-Cezire” (Qətər Televiziyası): Avropa Parlamenti Giulio Regeninin ölümü ilə nəticələnən hadisə ilə əlaqəli olaraq Misirdən tələb edibki İtaliya ilə əməkdaşlıq etsin və bu çərçivədə şübhəlilərin ünvanlarını Romadakı prokurorluğa bildirsin.

“El-Raye el-Qatariyye” (Qətər): Qətərin paytaxtı Doha 2030 Asiya Oyunlarına ev sahibliyi edəcək. Bu da Qətərin idman dünyasının paytaxtı kimi yerini möhkəmləndirir.

“El-Düstur” (İordaniya): Birləşmiş Millətlər Təşkilatının (BMT) Qaçqınlar üzrə Ali Komissarlığının araşdırmasına görə, İordaniyalıların qaçqınlara baxışı müsbətdir.

“Deutsche Welle”: Prezident Rəcəb Tayyib Ərdoğan ABŞ-ın sanksiya qərarını Türkiyənin suverenlik hüquqlarına hücum hecab edib.

“Tagesschau.de”: Koronavirus pandemiyası başlayandan bəri Almaniyada bir gündə həyatını itirənlərin sayı ən yüksək seviyyəyə çatdı.

“FAZ.net”: 2022-ci ilə qədər yoxsul ölkələr üçün peyvənd yoxdur. Bir araşdırmanın nəticəsinə görə dünya əhalisinin 14% təşkil edən zəngin ölkələr, 2021-ci il üçün istehsalı proqnozlaşdırılan peyvənd dozalarının yarısından çoxunu satın almaq istəyirlər.

“El País” (İspaniya): Mütəxəssislər, virusun yayılma sürətinin artmasının qarşısının alınması uğrunda həyata keçirilən tədbirlər çərçivəsindi Milad tətillərinin ləğv edilməsini tələb edirlər.

 “Telesur “(Venesuela): Uruqvay hökuməti Rus peyvəndi Sputnik V satın almaq istəyir.

“La Tercera” (Çili): Çili Prezidenti Sebastian Piñera, reanimasiya şöbələrində çalışan işçilərə 20.000 doza peyvəndin bu ay tətbiq edilməsini təsdiqlədi.

“Le Monde”: Dekabrın axır həftəsində bir milyon Fransalı üçün peyvənt tətbiqi başlayacaq.

“Le Figaro”: Sağ partiya LR (Les Republicains) Cinayətdə iştirak etmiş əcnəbilərin ölkədən çıxarılmaları mövzusunun referanduma çıxarılmasına dəstək verir.

“Liberation”: Cinsi təcavüzdə günahlandırılan Vatikanın Fransadakı keçmiş səfiri 8 ay həbs cəzasına məhkum edildi.



Әlaqәli Xәbәrlәr