Xarici mətbuat, 19 sentyabr 2020

Xarici media vasitәlәrindә dәrc olunan xәbәrlәrin başlıqları.

1511621
Xarici mətbuat, 19 sentyabr 2020

"azertag.az": Baş Prokurorluq: Düşmənin ağır artilleriya atəşi nəticəsində Ağcabədi rayonunun iki kəndində 25-dən çox evə ciddi ziyan dəyib

"trend.az": Ermənistanın Qarabağdan çıxması an məsələsidir - Rusiya KİV

"Spiegel.de": Avropada yeni növ koronavirus (Kovid-19) infeksiyası əsl indi başlayır. Hollandiya, Çexiya və İsveçrədə qeydə alınan xəstəlik sayında rekord artım qeydə alınıb.
"Deutsche Welle": ABŞ Prezidenti Donald Tramp dünya siyasətini necə dəyişdi?
"Ard.de": Avropa İttifaqı (Aİ) ortaq bir əkinçilik siyasəti təyin etmək istəyir
"el-Cezire" (Qətər Televiziyası): Qarabağ ... Birləşmiş Millətlər Təşkilatı (BMT) Azərbaycanın Gəncə şəhərində mülki şəxslərin bombalanmasını qınadı; Prezident Rəcəb Tayyib Ərdoğan Rusiya, ABŞ və Fransanın Minsk qrupunu Ermənistanın tərəfində olmaqda günahlandırdı.
"el-Quds el-Arabi"(Ərəb - İngilis): İsrail Bəhreynlə tam diplomatik əlaqələr quracağını elan etdi.
"el-Düstur" (İordaniya): Dünya Bankı yeni növ koronavirusa qarşı peyvəndlər üçün 12 milyard dollarlıq bir maliyyələşdirmə paketi təsdiqlədi.
"El País" (İspaniya): İspaniya Hökümətinin gündəmində (Covid-19-a qarşı) paytaxt Madriddəki "həyəcan vəziyyəti" nin müddətinin uzadılması yoxdur; lakin alternativ bir plan da yoxdur.
"El Diario" (Boliviya): 7,3 milyon seçici Boliviya demokratiyasının taleyini həll edəcək; Ümumi seçki keçirilir
"La Tercera" (Çili): Çilidəki  (keçən il başlayan və 5 ay davam edən hökumət əleyhinə nümayişlərin ildönümündə): yürüşlər və hadisələr: İki kilsə yandırıldı; iş yerləri talan edildi".
 ”Le Figaro: (Fransa Prezidenti Emmanuel) Makron məktəblərdə təhlükəsizlik tədbirlərinin artırılacağını açıqladı (Təhlükəsizlik Şurasının terror hücumunda bir müəllimin ölümü ilə bağlı iclasından sonra)
"Le Parisien": ABŞ seçkiləri: (sağçı Milli Birlik Partiyasının prezidenti) Marine Le Pendən ABŞ Prezidenti Donald Trampa məhdud dəstək
"Le Soir": "Covid-19": Hər iki belçikalıdan biri test nəticələrini gec alır

"TASS": Azərbaycan Müdafiə Nazirliyi dünən gecə və bazar ertəsi səhər saatlarından etibarən Dağlıq Qarabağ ətrafındakı bəzi ərazilərin Ermənistan tərəfindən bombalandığını bildirdi.
"Kommersant": Azərbaycan Prezidenti İlham Əliyev Qarabağdakı 13 kəndə nəzarətin alındığını açıqladı.
"RİA Novosti": Rusiyada yenidən istifadə edilə bilən bir raket dizaynına başlanıldı.



Әlaqәli Xәbәrlәr