Xarici mətbuat, 9 oktyabr 2020

Xarici media vasitәlәrindә dәrc olunan bәzi xәbәrlәrin başlıqları.

1505811
Xarici mətbuat, 9 oktyabr 2020

"azertag.az": Gecə ərzində bütün cəbhə boyu gərgin döyüşlər Azərbaycan Ordusunun üstünlüyü ilə davam edib

"azertag.az": Baş Prokurorluq: Düşmənin atəşi nəticəsində Füzuli rayonunun Qarabağ kəndində üç mülki şəxs xəsarət alıb

"zdf.de":  "Robert Koch" institutu Almaniyada virusa yoluxma sayının gündə 10 minə çata biləcəyinə dair xəbərdar edərkən, Almaniya Kansleri Angela Merkel "İkinci dəfə bağlanmaqdan imtina etməliyik" deyib.
"welt.de": Almaniya hökuməti pandemi dövründə dövlət qulluqçularının evlərindən işləyə bilmələri üçün 93,5 milyon avro dəyərində 40 mindən çox bilgisayar alıb.
"Deutsche Welle": ABŞ Prezidenti Donald Tramp Əfqanıstanda qalan son Amerika əsgərlərinin də yeni ilə qədər geri çəkiləcəyini açıqlayıb.

"Al-Raya" (Qətər): Ərdoğan: "Qətər və Türkiyənin strateji əlaqələri var"
"Al-Quds Al-Arabi": Avropa Parlamenti Səudiyyə jurnalist Camal Xaşoqçunun qətlində iştirak edən səudiyyələrə sanksiya tətbiq olunmasını tələb edir
"Al Jazeera": Fələstin Azadlıq Təşkilatı baş katib Saeb Erekata koronavirus infeksiyası yoluxduğunu elan edib
"El Mundo" (İspaniya): "Covid-19": İspaniyada Nazirlər Şurası bu gün təcili olaraq bir araya gələrək Madrid üçün geniş məhdudiyyətləri və fövqəladə vəziyyəti müzakirə edəcək.
"El Pais" (İspaniya): Həkimlər və mütəxəssislər Madrid sakinlərindən ciddi təhlükəsizlik tədbirlərinə riayət etmələrini xahiş etdilər.
"El Nacional" (Venesuela): Venesuelanın Karabobo çimərliklərində yeni bir neft sızıntısı baş verdi. Könüllülər təmizlik fəaliyyətlərində də iştirak edirlər.
"Le Monde": "Covid-19": (Fransa) Lill, Grenoble, Lyon və Saint-Etienne şəhərlərində "ən üst səviyyədə xəbərdarlıq"a getmək çox normal qarşılandı.

"Le Soir" (Belçika): "Covid-19": Xəstə paytaxt Brüssel, Paris və Madriddəki kimi bufetləri bağlayaraq vəziyyətin daha da pisləşməsinin qarşısını almaq istəyir.
"France 24": Sağalma prosesində olan (ABŞ Prezidenti) Donald Tramp şənbə günü video konfransla keçirilməsi planlaşdırılan müzakirə proqramına qatılmaqdan imtina edərək mitinq keçirəcək.
"İzvestiya" qəzeti: (Rusiya Prezidenti Vladimir) Putin Dağlıq Qarabağda atəşkəsə çağırdı
"RIA Novosti" agentliyi: ABŞ Milli Əks Kəşfiyyat və Təhlükəsizlik Mərkəzinin direktoru Villiam Evanina Rusiya, Çin və İranın ABŞ-dakı koronavirus peyvəndi səylərində təxribatçılıqlarının olduğunu iddia edib.
"TASS" agentliyi: Ümumdünya Təbiət Fondu (WWF) Kamçatkada Sakit Okeanın çirklənməsinə səbəb olan ekoloji fəlakətin səbəblərini aşkarlamaq üçün araşdırmalara qatılacaq.



Әlaqәli Xәbәrlәr