Xarici mətbuat, 5 oktyabr 2020

Xarici media vasitәlәrindә dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1502811
Xarici mətbuat, 5 oktyabr 2020

"azertag.com": Azərbaycanın Müdafiə Nazirliyi: Ermənistan silahlı qüvvələri şəhərlərimizi atəşə tutur

"azertag.com": Mustafa Şentop: Gəncə şəhərinə hücum Ermənistanın işğalçı simasının son nümunəsidir

"el-Cezire" (Qətər Televiziyası): Avropa müharibəni dərhal dayandırmağa çağırdı. Azərbaycan Prezidenti İlham Əliyev: "Sülhün şərti Ermənistanın Dağlıq Qarabağdan çıxmasıdır".
"er-Raye el-Katariya (Qətər): Əfqanıstan Prezidenti Əşrəf Qani bu gün (Bazar ertəsi) Qətərin paytaxtı Dohaya gedir. Qani sabah Qətər əmiri Şeyx Təmim bin Hamed Al Sani ilə görüş keçirəcək.
"el-Qüds el-Arabi (Ərəb - İngilis): Yeni növ koronavirusa (Covid-19) yoluxan ABŞ Prezidenti tərəfdarlarını avtomobilinin içindən salamladıqdan sonra xəstəxanaya qayıdıb.
"Deutsche Welle": Xarici İşlər Nazirliyi Ermənistanın Azərbaycanın Gəncə şəhərində dinc əhalini hədəf alan hücumlarını qınadı.
"Welt.de": ABŞ-da prezidentliyə namizəd Cozef Bayden rəqibi Prezident Donald Trampın koronavirusa yoluxmasından sonra anket nəticələrinə görə 10 pillə qalxıb. Trump epidemiyanı ciddiyə almadığı üçün tənqid edildi.
"Finanzen.at": Şərqi Aralıq dənizindəki qazla (axtarış işləri) bağlı ziddiyyətdə Türkiyə ilə Yunanıstan arasında razılıq əldə olunması mümkündür.
"Le Figaro" (Fransa): Fransızlar hər zamankindən daha çox (Fransa Prezidenti Emmanuel) Makronun pensiya islahatlarına qarşı çıxırlar.
"France 24" (Fransa): "Covid-19": Paris "maksimum həyəcan" səviyyəsinə keçdi, restoranlar müəyyən şərtlər altında açıq ola biləcək.
"Le Parisien (Fransa): Yeni Kaledoniyada Fransadan müstəqillik referendumda 53,26 faiz səslə rədd edildi.
"El Mundo" (İspaniya): İspaniya Milli Təhlükəsizlik İdarəsi Baş nazir Pedro Sançezə "Covid-19" təhdidi mövzusunda yanvar və mart ayları arasında həyəcan vəziyyətindən əvvəl ən az 11 dəfə xəbərdarlıq etdi.
"Infobae" (Argentina): Çilidə etirazlar zamanı bir uşağın polis tərəfindən çaya atılması ölkədə üsyana səbəb oldu.
"El País" (İspaniya): Argentina Hökuməti ölkənin pul vahidi pesonun kəskin devalvasiyaya uğramasının qarşısını almaq üçün mübarizə aparır. Kreditorlarla müqavilə milli valyutaya olan inam böhranını geri qaytarmadı.

"RBK": Rusların 70 faizindən çoxu "Covid-19" peyvəndi qəbul etməyə hazır olmadığını bildirdi
"News.ru": Sentyabr ayında 500 mindən çox rusiyalı turist Antalyanı ziyarət etdi.
"evo-rus": Belarus ilə Rusiya arasında hərbi əməkdaşlığın gücləndirilməsi NATO-nu narahat edir.



Әlaqәli Xәbәrlәr