Xarici mətbuat, 29 sentyabr 2020

Xarici media vasitәlәrindә dәrc olunan bәzi xәbәrlәrin başlıqları.

1499220
Xarici mətbuat, 29 sentyabr 2020

"azertag.com": Cəbhə xəttində vəziyyətin gərginləşməsi işğalçı Ermənistanın yeni təcavüzkar siyasətinin təzahürüdür

"azertag.az": Türkiyənin Səhiyyə naziri: Azərbaycana hər bir tibbi yardım etməyə hazırıq

"er-Raye əl-Katariyye" (Qətər): Prezident Rəcəb Tayyib Ərdoğan və Qətər Əmiri Şeyx Təmim Bin Həməd Əl-Sani arasındakı telefon söhbətində strateji əlaqələr müzakirə edilib.
"I-Cezire" (Qətər Televiziyası): Qarabağ gərginliyi: Azərbaycan Ermənistanın hücumlarına cavab olaraq genişmiqyaslı əməliyyatlar həyata keçirir və BMT Təhlükəsizlik Şurası dərinləşən gərginliyi qapalı iclasda müzakirə etdi.
"el-Qüds el-Arabi" (Ərəb - İngilis): Türkiyə Səudiyyə jurnalist Camal Xaşoqçi cinayəti məhkəməsində Səudiyyə Ərəbistanlı 6 adam barəsində ittiham hökmü hazırlandığını bildirib.
"Deutsche Welle": Prezident Ərdoğan: "Dağlıq Qarabağda həll vaxtı gəldi"
"br24.de": Alman təhlükəsizlik qurumlarında ultra sağ meyilli şübhəsi
"Welt.de": "Covid-19": İkinci dalğa yaxınlaşır. Almaniya nə qədər hazırdır?
"France 24": Dağlıq Qarabağdakı qarşıdurma şiddətlənərkən, Türkiyə Ermənistana xəbərdarlıq etdi və işğala son qoymağa çağırdı.
"Le Monde": Covid-19" tədbirlərinə qarşı qəzəb bütün Avropada artır
"RFI": Beynəlxalq Əfv Təşkilatı Fransa nümayişçilərinin tutulması zamanı həddindən artıq güc tətbiq edilməsini tənqid etdi.
"Lenta.ru": Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalına son qoyulmasına çağırdı.
"RİA Novosti": Rusiya böyük bir Ermənistan-Azərbaycan müharibəsinə icazə verməyəcək, çünki belə bir müharibə birbaşa onun milli maraqlarına təsir göstərir.
"Kommersant": Belarusun prezident seçkilərindəki keçmiş namizədi Svetlana Tixanovskaya Litvanın paytaxtında Fransa Prezidenti Emmanuel Makron ilə görüşdü. İclasın mövzusu Belarusdakı seçkilər olub.
"El País" (İspaniya): İspaniyadakı Kataloniya muxtar bölgəsi hökumətinin başçısı Quim Torra dövlət qurumlarına itaət etmədiyi üçün vəzifəsindən azad edildi.
"La Tercera" (Çili): Qadınların məşğulluğunun təşviqi: Çili hökuməti uşaq bağçalarının açılmasını sürətləndirməyə çalışır.
"El Universal" (Meksika):  "Covid-19" xəstəliyinə tutulan "Dünyanın ən kök adamı" meksikalı Xuan Pedro Franko sağaldı.



Әlaqәli Xәbәrlәr