Xarici mətbuat, 15 sentyabr 2020

Xarici media vasitәlәrindә dәrc olunan bәzi xәbәrlәrin başlıqları.

1490754
Xarici mətbuat, 15 sentyabr 2020

azertag:": XİN: Ermənistanın Xarici İşlər nazirinin müsəlman ölkələri ilə sıx əməkdaşlıqdan bəhs etməsi cəfəngiyatdan başqa bir şey deyil

"Elraya": Qlobal Hazırlıq Monitorinq Şurası: Dünya liderləri yeni növ koronavirus epidemiyası üçün hazır deyildi.
"Eldustour": Livan: Tripolidə silahlı atışmada 4 əsgər ölüb
"Alquds": İsrail və BƏƏ-nin ən iki böyük bankı, sülh müqaviləsi imzalanması ərəfəsində bir anlaşma memorandumu imzalayıb.
"Bild.de": Merkelin Yunanıstandakı qaçqınlara yardım planı Almaniya Yunanıstanın Midilli adasından daha çox qaçqın qəbul etmək istəyir
"Spiegel.de": Bill Gates: "Koronavirusu mən kəşf etmədim"  Məşhur ABŞ-lı milyarder iş adamı koronavirus ittihamlarına bu şəkildə cavab verir.
"ard.de": ABŞ Prezidenti Donald Tramp korona epidemiyasına qarşı əlindən gələni etdiyini söylədi
"El Mundo" (İspaniya): İspaniyanın Baş prokurorluğu, Ali Məhkəmədən koronavirus sağlıq böhrarına nəzarət barədəki Pedro Sánchez Hökumətinə qarşı bütün şikayətləri rədd etməsini istəyib.
"El País" (İspaniya): (İspaniyanın paytaxtı) Madriddə əsas nəzarət bölməsi: (koronavirus) Bu qədər xəstə üçün həkim yoxdur
"Infobae" (Argentina): ABŞ rəsmiləri Venesuela Prezidenti Nicolás Maduronun yaxın adamı Alex Saab ilə əlaqəli olaraq 700 milyon dolları dondurdu.

"Le Parisien": "Covid-19": (tibb işçiləri kimi) "Ön cəbhədəki" xaricilər üçün Fransa vətəndaşlığına keçid prosedurlarına sürət qazandırıldı
"Le Figaro": Bir araşdırmaya görə, fransızların əksəriyyəti edam hökmünün qaytarılmasının tərəfdarıdır
"Le Soir": Koronavirus: Belçikada infeksiya yoluxma və xəstəxanaya yerləşdirmə sayında artım davam edir
"RuNews24.ru": Krasnoyarsk-İstanbul uçuşları 1 oktyabrdan başlayır.
"RT": (Rusiya Prezidenti Vladimir) Putin: Rusiya Belarusa 1,5 milyard dollar kredit verəcək.
"Vedomosti": "New York Times" qəzeti Rusiyadakı Korrupsiyaya Qarşı Mübarizə Fondunun qurucusu dissident Aleksey Navalnının Rusiyaya qayıtmağı planlaşdırdığını bildirdi.



Әlaqәli Xәbәrlәr