Xarici mətbuat, 9 sentyabr 2020

Xarici media vasitәlәrindә dәrc olunan bәzi xәbәrlәrin başlıqları.

1487395
Xarici mətbuat, 9 sentyabr 2020

"azertag.az": Ermənistan ordusunun bölmələri iriçaplı pulemyotlardan da istifadə etməklə atəşkəs rejimini 51 dəfə pozub

"trend.az": Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın tapşırığı ilə ölkənin Hərbi Dəniz Qüvvələri döyüş hazırlığı vəziyyətinə gətirilib.

"France 24": Fransa velosiped turunun rəhbəri (Tour de France) Kristian Prudhommenin "Covid-19" testi müsbət çıxıb, yarışa qatılan bütün velosipedçilərin testinin nəticəsi isə mənfi çıxıb.
"Le Monde": Dünya Ticarət Təşkilatı yeni prezident axtarır
"Le Figaro": ABŞ-ın Kaliforniya ştatında 8000 kvadrat kilometrdən çox ərazi yandı və bu, son 33 ildə yanan ən böyük ərazi oldu.
"nd.de": Qaz mübahisəsi - Rusiya Türkiyə ilə Yunanıstan arasında vasitəçilik etmək istəyir
"Frankfurter Allgemeine Zeitung": Almaniyanın İqtisadiyyat naziri Peter Altmaier Rusiyaya qarşı sanksiyalara şübhə ilə yanaşır
"Handelsblatt": Təhsil-Almaniya beynəlxalq bir müqayisədə rəqəmsal təhsildə geridə qalıb
"Al-Quds Al-Arabi": (ABŞ Prezidenti) Donald Tramp bu gün İraqdakı ABŞ qüvvələrinin sayının ixtisar ediləcəyini bildirəcək
"Al-Raya" (Qətər): Avropa İttifaqı: İşğal qüvvələri Qüdsdə 107 iqamətgahı və 46 mağazanı dağıtdı
"Al-Jazerra": Əfqanıstan prezidentinin köməkçisi Omarullah Salehin Kabildə konvoyunu hədəf alan bombalı hücumda 11 nəfər öldü, 20-dən çox insan yaralandı.
"El País" (İspaniya): Madrid xəstəxanaları (İspaniyanın paytaxtı) artıq ikinci dalğanı yaşayır (koronavirüsdə): təxirə salınmış əməliyyatlar, xəstələrin köçürülmələri (xəstəxanalar arasında) və xəstələrin sayının ikiqat artması
"El Economista" (İspaniya): Brüssel İspaniyanın bütün avrozonada (Ümumi Daxili Məhsul) və məşğulluqda ən böyük azalma olduğunu təsdiqlədi
"Infobae" (Argentina): Argentinanın əsas əyalətinin polisi (paytaxt Buenos Aires) maaşlarının az olmasına etiraz etdi

"Russia Today": Kremlin sözçüsü Dmitriy Peskov, hər il Putinlə hər il ənənəvi olaraq təşkil edilən və vətəndaşların prezidentə canlı yayımda suallar verdiyi "Canlı bağlantı" proqramının bu il keçirilməyəcəyini açıqladı.
"RİA Novosti": G7 ölkələrinin xarici işlər nazirləri, rusiyalı müxalif Aleksey Navalnının zəhərlənmə iddialarının "sübut olunduğunu" bildirdi.
"Regnum" agentliyi: ABŞ Dövlət Departamenti Belarusiyaya qarşı yeni sanksiyalar tətbiq oluna biləcəyini söylədi.



Әlaqәli Xәbәrlәr